...

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Cəmiyyət Materials 11 Noyabr 2013 12:02 (UTC +04:00)
Sabah paytaxt Bakıda və Azərbaycanın bəzi ərazilərində yağış yağacağı proqnozlaşdırılır.
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah paytaxt Bakıda və Azərbaycanın bəzi ərazilərində yağış yağacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı gözlənilir, bəzi yerlərlərdə yağış yağacaq. Cənub-şərq küləyi
üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-12, gündüz 13-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da noyabrın 12-də bəzi yerlərdə yağış yağacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 6-11, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti