...

Azərbaycanda sosial ipotekanın mexanizminin dəyişdirilməsi təklif edilir

Cəmiyyət Materials 12 Noyabr 2013 18:14 (UTC +04:00)
Azərbaycanda sosial ipotekanın mexanizmində islahatlar aparılsa, daha səmərəli olar.
Azərbaycanda sosial ipotekanın mexanizminin dəyişdirilməsi təklif edilir

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanda sosial ipotekanın mexanizmində islahatlar aparılsa, daha səmərəli olar. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsi sosial ipotekaya 40 milyon manatın ayrılmasını nəzərdə turtur: "Bu maliyyələşdirmənin həcmini artırmaq lazımdır. Eyni zamanda, bu, mənzillə təminat məsələsində bütün problemləri həll etməyəcək".

Millət vəkillərini obyektiv olmağa çağıran Ə.Məsimli bildirib ki, əlavə vəsaitlərin ayrılması panaseya deyil: "Müharibədən sonrakı Almaniyanın nümunəsində Azərbaycanda "xalq evləri" təcrübəsini tətbiq etməyin bəlkə də mənası var. Bu təcrübə Almaniyada mənzillə təminatda çatışmazlıq problemini uğurla həll etmişdi. Əgər həmin vəsaitə, məsələn, sosial ipotekanın maliyyələşdirilməsinə ayrılan vəsaitə sonradan təqribən 50-100 manat dəyərində icarəyə veriləcək yaşayış evləri tikiləcəksə, bu, gənc ailələr, mütəxəssislər və mənzilə ehtiyac duyan digər vətəndaşların mənzillə təminatını daha əlverişli edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti