...

Bakının Ziya Bünyadov prospektinin bir hissəsində yolun təmirinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2013 10:23 (UTC +04:00)
Ziya Bünyadov prospektinin Böyük Şor qovşağı ilə Əliyar Əliyev küçəsi arasındakı hissəsində əsaslı təmir işlərinə başlanılıb.
Bakının Ziya Bünyadov prospektinin bir hissəsində yolun təmirinə başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İzzət/

Ziya Bünyadov prospektinin Böyük Şor qovşağı ilə Əliyar Əliyev küçəsi arasındakı hissəsində əsaslı təmir işlərinə başlanılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, lazım olan ehtiyat material nəzərdə tutulan anbara daşınaraq köməkçi yollarda qazıntı və bərkitmə işləri davam etdirilir.

Son illər müşahidə olunan səth sularının dayanıqlığını ləğv etmək məqsədilə yağış kanalizasiya xəttinin çəkilməsinə də başlanılıb. Artıq 900 m məsafədə istinad divarının tikintisi, 2 km məsafədə yağış kanalizasiya xəttinin çəkilişi və kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılıb.

Paralel olaraq əsas yolda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri gedir.

Bundan əlavə, piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri olan 4 ərazidə yerüstü piyada keçidlərin tikintisi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti