...

Təhsil Nazirliyi sistemindəki məktəblərə bu il doktorantura və dissertanturaya qəbul üçün 900-dən çox yer ayrılıb

Cəmiyyət Materials 13 Noyabr 2013 15:57 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti 2013-2014-cü tədris ili üçün Təhsil Nazirliyi (TN) sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktorantura və dissertanturaya qəbulun aparılması üçün 913 plan yeri ayırıb.
Təhsil Nazirliyi sistemindəki məktəblərə bu il doktorantura və dissertanturaya qəbul üçün 900-dən çox yer ayrılıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti 2013-2014-cü tədris ili üçün Təhsil Nazirliyi (TN) sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktorantura və dissertanturaya qəbulun aparılması üçün 913 plan yeri ayırıb.

Təhsil Nazirliyindən Trend-ə bildiriblər ki, Nazirlər Kabineti nazirliyin sisteminə daxil olan ali təhsil və elmi-tədqiqat müəssisələrində doktorantura və dissertanturaya qəbul planını təsdiqləyib.

Nazirliyin sisteminə daxil olan elmi və elmi-pedaqoji kadr hazırlığı doktorantura və dissertantlıq yolu ilə iki proqram - fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 400 yer (dövlət sifarişli 279 yer, ödənişli 121 yer), dissertantlıq yolu ilə hazırlıq üzrə isə 351 yer (dövlət sifarişli 254 yer, ödənişli 97 yer) ayrılıb.

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 69 yer (dövlət sifarişli 68 yer, ödənişli 1 yer), dissertantlıq yolu ilə hazırlıq üzrə isə 93 yer (dövlət sifarişli 89 yer, ödənişli 4 yer) ayrılıb.

Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edilmiş layihə 25 ali təhsil müəssisəsinin və 2 elmi tədqiqat institutunun (Təhsil Problemləri İnstitutu və Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutu) 2013-cü il üzrə doktoranturaya qəbul üçün sifarişləri əsasında hazırlanıb. Elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrindən 6-sı özəldir (Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Avrasiya Universiteti).

Nazirlikdən bildiriblər ki, TN tərəfindən yeni qəbul olunmuş qəbul planı sabah ali məktəblərə göndəriləcək. Sənəd qəbulunun tarixləri ali məktəblərin özləri tərəfindən müəyyən ediləcək. Ümumilikdə sənəd qəbulu və imtahanlar gələn il yanvarın 15-dək yekunlaşmalı və bu barədə hesabatlar nazirliyə təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti