...

Kürdə suyun səviyyəsi artıb

Cəmiyyət Materials 15 Noyabr 2013 16:08 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 80-130, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə ongünlük normanın 50 faizini təşkil edir.
Kürdə suyun səviyyəsi artıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Kür çayında suyun səviyyəsində artım müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 80-130, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə ongünlük normanın 50 faizini təşkil edir.

Noyabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 kubmetrdir. 2012-ci ildə isə bir qədər çox olmaqla 155 kubmetr təşkil edib. Noyabrın 15-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 86 kubmetrdir. 2012-ci ildə bu göstərici bu illə müqayisədə bir qədər az olmaqla 79 kubmetr təşkil edib və ongünlük normanın 93 faizinə bərabər olub.

Noyabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 5, Salyanda 7, Bankədə 5 sm artım, Surrada 2, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm (2012-ci il noyabrın 15-də 392 sm), Şirvanda 173 sm (2012-ci il noyabrın 15-də 264 sm ), Salyanda 112 sm (2012-ci il noyabrın 15-də 231 sm ), Bankədə 191 sm (2012-ci il noyabrın 15-də 225 sm), Araz çayının Novruzlu məntəqəsində isə 85 sm (2012-ci il noyabrın 15-də 178 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti