...

IDEA kampaniyası Balaxanı Məişət Tullantılarının Yandırılması Zavoduna maarifləndirici tur təşkil edib (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2013 01:22 (UTC +04:00)
Ölkəmizdə ətraf mühitə qayğı və ekoloji maarifləndirmə sahəsində bir çox layihələr həyata keçirən IDEA (International Dialogue for Environmental Action) kampaniyası hər ilin noyabr ayının 15-də dünyada qeyd olunan “Təkrar emal günü” ilə əlaqədar Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna maarifləndirici tur təşkil edib.
IDEA kampaniyası Balaxanı Məişət Tullantılarının Yandırılması Zavoduna maarifləndirici tur təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Ölkəmizdə ətraf mühitə qayğı və ekoloji maarifləndirmə sahəsində bir çox layihələr həyata keçirən IDEA (International Dialogue for Environmental Action) kampaniyası hər ilin noyabr ayının 15-də dünyada qeyd olunan "Təkrar emal günü" ilə əlaqədar Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna maarifləndirici tur təşkil edib.

Kampaniyadan Trend-ə verilən məlumata görə, turun təşkil olunmasında əsas məqsəd hər il insanların, eləcə də müxtəlif sənaye, istehsal sahələrinin fəaliyyəti nəticəsində ətraf mühitə atılan tullantıların idarəçiliyi, onların təkrar emalı ilə bağlı mərhələlər haqqında gəncləri məlumatlandırmaq, eyni zamanda, onlarda ekoloji düşüncənin formalaşmasını və inkişafını təmin etməkdir. Bu isə öz növbəsində, ekoloji maarifləndirmə sahəsinə böyük töhfədir.

Bütün bunlarla yanaşı, gənclərə ölkəmizdə aparılan ekoloji layihələr haqqında geniş informasiya çatdırmaq, onların ekoloji sahədə bilik və bacarıqlarının artırılmasına yardım etmək və vaxtlarının səmərəli təşkilini təmin etmək maarifləndirici turun məqsədləri arasında yer alıb.

Gigyenik qaydalara əməl olunaraq zavoda daxil olan tur iştirakçılarına xüsusi geyimlər təqdim olunub. Seminarda Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun eksperti iştirakçılara tullantıların yandırılması və enerjiyə çevrilməsi prosesinin mərhələləri haqqında geniş məlumat verib, tullantıların idarə edilməsinin əhəmiyyəti və miqyası barədə onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, IDEA (International Dialogue for Environmental Action) kampaniyası 12 İyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti