...

Millət vəkili: Jurnalistlər sərlövhə seçərkən öz qərəzlərini həmin yazının başına qoymamalıdırlar

Cəmiyyət Materials 22 Noyabr 2013 14:39 (UTC +04:00)
"Jurnalistlər sərlövhə seçərkən öz qərəzlərini həmin yazının başına qoymamalıdırlar". Bunu Trend-ə "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Azərbaycan mətbuatında sərlövhənin yazıya uyğun olmaması məsələsinə münasibət bildirərkən deyib.
Millət vəkili: Jurnalistlər sərlövhə seçərkən öz qərəzlərini həmin yazının başına qoymamalıdırlar

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Jurnalistlər sərlövhə seçərkən öz qərəzlərini həmin yazının başına qoymamalıdırlar". Bunu Trend-ə "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Azərbaycan mətbuatında sərlövhənin yazıya uyğun olmaması məsələsinə münasibət bildirərkən deyib.

B.Sadıqov qeyd edib ki, jurnalistikanın prinsipi var - sərlövhə yazının mahiyyətindən doğmalıdır. Heç vaxt hər hansı bir fikri konteksdən çıxarıb təhrif olunmuş formada oxucuya təqdim etmək olmaz: "Bu, Azərbaycan jurnalistinin peşə davranışı qaydalarının pozulduğu haldır, çünki bütün hallarda peşə davranışı qaydalarına əməl olunmalıdır. Burada söhbət həm də müsahibədən gedir və söz sərlövhəyə çıxarılırsa, müəlliflə razılaşmaq lazım idi. Yalnız müsahibə janrıdır ki, orada gedən fikirlərlə, məsələlərlə bağlı müəlliflə razılaşmaq zəruridir. Digər janrlarda bu, önəmli deyil, jurnalist özü yazır. Ona görə də mən hesab edirəm ki, bütün jurnalistlər üçün bir xəbərdarlıq olmalıdır ki, sərlövhə seçəndə ucuz sensasiyaya qaçmasınlar, yazının, mövzunun mahiyyətini təhrif etməsinlər, öz qərəzlərini həmin yazının başına qoymasınlar".

Məsələyə münasibət bildirən professor Şirməmməd Hüseynov Trend-ə deyib ki, sərlövhə seçəndə müəllifin qayəsinə, məqsədinə, söhbət nədən gedir, ona uyğun sərlövhə seçərlər: "Bir sərlövhə qoyulur, o sərlövhə uzun olur və onu qısaldırlar. İndi onu qısaldan adam bilmir ki, axı bu sərlövhə əsas məzmunu ifadə etmir. Burada söhbət jurnalist peşəkarlığından gedir. Hər şeyi radikal şəkildə ağlına gələn kimi yazmaq, sərlövhə vermək olmaz".

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Trend-ə bildirib ki, Azərbaycan mətbuatında sərlövhənin yazını ehtiva etməməsi problemi var: "Bu problemlər müəyyən səbəblərdən yaranır. Ya jurnalist peşəkar olmur, yaxu redaksiyalarda yazını tam oxumadan düzəliş aparırlar və yaxud da çalışılır ki, hər hansı bir qərəzli başlıq olsun. Bütün bunlara KİV-lər özləri məsuliyyət daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti