...

Bakıda restoranda bəzi salatların satışı qadağan edilib (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2013 11:08 (UTC +04:00)
Fiziki şəxs Mircavid Seyidzadəyə məxsus “Park Fore” restoran-kafesində “mimoza” və “paytaxt” salatının, mal ətindən və qoyun ətindən hazırlanmış ət qiyməsinin hazırlanması və satışı qadağan edilib.
Bakıda restoranda bəzi salatların satışı qadağan edilib (FOTO)

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Fiziki şəxs Mircavid Seyidzadəyə məxsus "Park Fore" restoran-kafesində "mimoza" və "paytaxt" salatının, mal ətindən və qoyun ətindən hazırlanmış ət qiyməsinin hazırlanması və satışı qadağan edilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk adına istirahət parkında yerləşən fiziki şəxs Mircavid Seyidzadəyə məxsus "Park Fore" restoran-kafesində dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müxtəlif kulinar məmulatlar və yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) tələblərinə zidd olaraq təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır.

Mətbəxə baxış zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib. Belə ki, soyuducuda mal əti, bişirilmiş toyuq filesi, düyü qarniri, müxtəlif süd məhsulları, ət yarımfabrikatları, balıq məhsulları, müxtəlif qənnadı məmulatlarının hazırlanması üçün xəmir, tərəvəz konservləri və s. mal qonşuluğu gözlənilmədən eyni yerdə, eyni temperatur altında saxlanılır. Bu da "СанПин 42-123-5777-91" (bənd 10.11) sənədinin tələblərinə ziddir.

Həmçinin müəyyən edilib ki, istehsal tarixi üzərində qeyd olunmayan "lahmacun" məmulatının bişirilməsində istifadə olunan ət yarımfabrikatı iki günlük istifadə üçün hazırlanır. Lakin standart üzrə bu cür məhsulların saxlanma müddəti 6-12 saatdır.

Seçilmiş nümunələrdən "mimoza" salatının Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) qida məhsullarının sınaq laboratoriyasında keçirilən müayiəsi nəticəsində məhsulda maya göbələklərinin sayının normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub.

Aşkar edilmiş bu və digər nöqsanlarla əlaqədar fiziki şəxs Mircavid Seyidzadəyə məxsus "Park Fore" restoran-kafesində "mimoza" və "paytaxt" salatının, mal ətindən və qoyun ətindən hazırlanmış ət qiyməsinin hazırlanması və satışı qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti