...

Beynəlxalq Vəkillər Kollegiyasının üzvləri Azərbaycan Hüquq İslahatları Mərkəzində olublar (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2013 16:31 (UTC +04:00)
"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin (İB) sədri, Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü Anar Bağırov ölkəmizdə səfərdə olan Beynəlxalq Vəkillər Kollegiyasının (International Bar Association) nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Beynəlxalq Vəkillər Kollegiyasının üzvləri Azərbaycan Hüquq İslahatları Mərkəzində olublar (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İzzət/

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin (İB) sədri, Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü Anar Bağırov ölkəmizdə səfərdə olan Beynəlxalq Vəkillər Kollegiyasının (International Bar Association) nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüşdə vəkillik, ümumiyyətlə, hüquq sahəsində dünyada və Azərbaycanda mövcud olan vəziyyət, yeniliklər və müəyyən problemlər barədə fikir mübadiləsi aparılıb.

A.Bağırov sədri olduğu "Azərbaycan Hüquq İslahatlari Mərkəzi"nin əsas fəaliyyət istiqamətləri, məqsədləri, həyata keçirdiyi və həyata keçirilməsi nəzərdə tutulan layihələri barədə qonaqlara məlumat verib. Bu layihələr çərçivəsində nəşr edilmiş Azərbaycanda vəkillik sahəsində ilk olan "Azərbaycan vəkili" jurnalı, eyni zamanda "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya" və "Avropa vəkillərinin davranış Kodeksi"nin kommentariyalarını özündə cəmləşdirən kitabça, habelə hüquqşünaslar və vətəndaşlar üçün nəzərdə tutulmuş "Vəkil məsləhətləri toplusu" kitabı qonaqların böyük marağına və təqdirinə səbəb olub.

Azərbaycanda aparılan mütərəqqi məhkəmə-hüquq islahatları barədə qonaqlara məlumat verən A.Bağırov bu islahatların vəkillik institutuna da tətbiq edildiyini bildirib. Belə ki, son 10 ildə vəkillərin sayının 2,5 dəfə artması xarici qonaqların nəzərinə çatdırılıb. Vəkillik sahəsində olan bir sıra problemləri də qeyd edən Birliyin sədri bu problemlərin həlli üçün böyük səylə çalışdıqlarını deyib.

Beynəlxalq Vəkillər Kollegiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyətinin rəhbəri Nadia Hardman təmsil etdiyi təşkilat barədə məlumat verərək, bu quruma həm fiziki şəxslərin (hüquqşünasların), həm də hüquqi şəxslərin (hüquq şirkətlərinin) üzv ola biləcəyini qeyd edib. Daha sonra o, dünyanın bir çox ölkələrində mövcud olan vəkillərin vəziyyətindən, onların üzləşdiyi bir sıra problemlərdən danışıb. Azərbaycanda vəkillik fəaliyyəti və vəziyyəti ilə bağlı onları maraqlandıran məsələlər barədə A.Bağırova suallar verən xanım N.Hardman bu barədə ətraflı cavablar alıb.

Görüş maraqlı mövzularda müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti