...

Milli Tolerantlıq Mərkəzi müxtəlif dini icmaların birgə layihələrini maliyyələşdirəcək (FOTO)

Cəmiyyət Materials 10 Dekabr 2013 15:32 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə BMT Baş Assambleyası tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi münasibəti ilə “Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları” mövzusunda konfrans keçirilib.
Milli Tolerantlıq Mərkəzi müxtəlif dini icmaların birgə layihələrini maliyyələşdirəcək (FOTO)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İ.İzzət/

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə BMT Baş Assambleyası tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi münasibəti ilə "Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda DQİDK, BMT-nin Azərbaycan nümayəndəliyi və İSESCO tərəfindən təsis edilmiş Milli Tolerantlıq Mərkəzi tərəfindən həyata keçiriləcək dini icmalar üçün "Hörmət naminə birləş" layihə müsabiqəsi elan edilib.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsində nəzərdə tutulmuş fundamental azadlıqlardan hesab edilən vicdan azadlığının və bu azadlığın ölkəmizdə təsbitinin təzahürü olaraq qeydiyyatdan keçmiş dini icmalar tərəfindən həyata keçiriləcək layihələr sağlamlığı məhdud yeniyetmələrin təhsil ehtiyaclarının qarşılanmasına, məhbusların cəmiyyətə inteqrasiyasına və ailə dəyərlərinin qorunmasına yönəldiləcək.

Eyni zamanda, Azərbaycanda mövcud dini tolerantlığın gücləndirilməsi əsas istiqamətlərdəndir. Layihənin əsas prinsipi cəmiyyət üçün faydalı fəaliyyətin həyata keçirilməsi, o cümlədən dini icmaların cəmiyyətə inteqrasiyasının daha da gücləndirilməsidir.

Proqramda iştirak etmək üçün müxtəlif konfessiyalara mənsub olan ən azı üç dini icma birlikdə sosial layihə təklif etməlidirlər. Hər layihə üçün 5000 manatadək maliyyə vəsaiti ayrılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti