...

Səhiyyə Nazirliyinin "Qaynar xətt"inə 733 müraciət daxil olub

Cəmiyyət Materials 12 Dekabr 2013 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə bu ilin oktyabr-noyabr ayları ərzində 733 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, müraciətlərin 541-i şikayət xarakterli (29-u əsaslı, 334-ü isə əsassız, 178-i cari problemlərlə bağlı şikayət) , 18-i aidiyyəti üzrə deyil, 174-u sorğu xarakterli olub.

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti