...

Xınalığa avtomobil yolu hələ də bağlıdır

Cəmiyyət Materials 14 Dekabr 2013 11:20 (UTC +04:00)
Hazırda Xınalığa avtomobil yolunun hərəkət istiqamətinin qardan təmizlənməsi üçün idarənin ağır texnikaları işləyir.
Xınalığa avtomobil yolu hələ də bağlıdır

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Hazırda Xınalığa avtomobil yolunun hərəkət istiqamətinin qardan təmizlənməsi üçün idarənin ağır texnikaları işləyir.

Trend Regional TV-yə istinadən xəbər verir ki, Quba-İspik-Xınalıq yolunun 51-ci km-dən 57-ci km-ə kimi olan hissəsi qar uçqunu səbəbindən hələ də bağlı qalıb. Bu barədə 6 saylı Quba Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov məlumat verilib. Hazırda yolun hərəkət istiqamətinin qardan təmizlənməsi üçün idarənin ağır texnikaları işləyir. Yolun üzərindəki bəzi kəndlərə gedən avtomobil yolları qardan təmizlənsə də,nəqliyyat vasitələrinin Xınalığa hərəkət
etməsi hələ də mümkünsüzdür.

Quba RİH başçısının Xınalıq İƏD üzrə nümayəndəsi Fizuli Şərifov RTV-yə bildirib ki, kəndə məktəb və digər ictimai müəssisələrin fəaliyyətində problem yaranmayıb. Yerli sakinlər bu cür hava şəraitinə hazırlıqlarını qabaqcadan görüblər. Belə ki, onlar qış üçün ərzaq və yanacaq ehtiyatını əvvəlcədən tədarük ediblər.

Qeyd edək ki, dekabrın 12-si axşam saatlarında Quba-İspik-Xınalıq yolunda qar uçqunu baş vermişdir. Nəticədə rayonun bu istiqamətdə yerləşən Qala Xudat, Bostankeş, Cek, Əlik və Atuc kəndlərinə avtomaşınların hərəkəti mümkünsüz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti