...

Mərkəzi Aran bölgəsində çiçək xəstəliyi heyvandarlığa ciddi ziyan vurur?

Cəmiyyət Materials 19 Dekabr 2013 11:37 (UTC +04:00)
Yevlax rayonunun Meyvəli qəsəbəsində məskunlaşan Kəlbəcər rayonundan olan 70 ailənin 3 minə yaxın xırdabuynuzlu heyvanında çiçək xəstəliyi yayılıb.
Mərkəzi Aran bölgəsində çiçək xəstəliyi heyvandarlığa ciddi ziyan vurur?

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Yevlax rayonunun Meyvəli qəsəbəsində məskunlaşan Kəlbəcər rayonundan olan 70 ailənin 3 minə yaxın xırdabuynuzlu heyvanında çiçək xəstəliyi yayılıb.

Trend EL TV-yə istinadən xəbər verir ki, xəstəlik heyvanların kütləvi şəkildə tələfatına səbəb olur. Fermerlər deyirlər ki, bu xəstəlik səbəbindən heyvanlarda məhsuldarlıq aşağı düşür, mayalanma getmir, dölvermə gecikir.

Xüsusilə indi - heyvanlarin balalama dövründə quzular tələf olur.

Fermerlər bildirirlər ki, çiçək xəstəliyinin qarşısını almaq üçün vurulan vaksinlər yalnız baytar həkimlərə satılır. Bu iş isə Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən tənzimlənməli olsa da,
hələlik onların müraciətlərinə baxılmayıb.

Ərazidə təmənnasız baytar xidməti göstərən Arzuman Heydərov isə bildirir ki, Yevlax rayon İcra Hakimiyyəti tərəfindən qəsəbədə baytarlıq məntəqəsi yaradılıb. Lakin məntəqədə lazımi avadanlıqlar və dərman preparatları yoxdur.

Qeyd edək ki, hazırda Yevlaxla yanaşı, ətraf rayonlarda da çiçək xəstəliyi xırdabuynuzlu heyvanlara ciddi ziyan vurur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend-ə bildirblər ki, bununla bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti