...

Azərbaycan sinoptikləri mülayim hava şəraiti vəd edir

Cəmiyyət Materials 23 Dekabr 2013 12:15 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan sinoptikləri mülayim hava şəraiti vəd edir

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda mülayim və əsasən yağmursuz hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində mülayim hava şəraiti davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti