...

Azərbaycanda mənzil almış jurnalistlərə sənədlər və açarlar təqdim edilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2013 16:41 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə media nümayəndələri üçün tikilən binadan mənzil almış jurnalistlərə mənzillərin açarlarının və sənədlərinin təqdim edilməsi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Azərbaycanda mənzil almış jurnalistlərə sənədlər və açarlar təqdim edilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə media nümayəndələri üçün tikilən binadan mənzil almış jurnalistlərə mənzillərin açarlarının və sənədlərinin təqdim edilməsi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələləri şöbəsinin müdiri Əli Həsənov, rabitə informasiya və texnologiyalar naziri Əli Abbasov, KİVDF-nin sədri Vüqar Səfərli, millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən V.Səfərli mənzil almış jurnalistləri təbrik edib və qeyd edib ki, yeni mənzillər tam təmirlidir və hər cür şəraitə malikdir.

V.Səfərli əlavə edib ki, bütün kommunal xidmətlərlə bağlı sənədlər mənzil sahiblərinin adlarına aktlaşdırılıb: "Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binanın yaxınlığında yeni binanın təməlini qoyub. Yeni bina 2 il ərzində tikiləcək və 2015-ci il 22 iyul Milli Mətbuat Günündə istifadəyə veriləcək".

V.Səfərli dövlət başçısı tərəfindən jurnalistlərə göstərilən diqqət və qayğını yüksək dəyərləndirib və bunun dünyada bir ilk olduğunu deyib.

Daha sonra Ə.Həsənovun iştirakı ilə mənzillərin sənədləri və açarları öz sahiblərinə təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 2010-cu il 22 iyul tarixli 1041 nömrəli sərəncamına uyğun olaraq, dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti