...

Qənirə Paşayeva: Əlilləri işə götürməyənlərə qarşı cəzalar sərtləşdirilməlidir

Cəmiyyət Materials 27 Dekabr 2013 12:38 (UTC +04:00)
Əlillərin işlə təmin olunması ilə bağlı qanunvericilikdə dəyişiklik edilməlidir.
Qənirə Paşayeva: Əlilləri işə götürməyənlərə qarşı cəzalar sərtləşdirilməlidir

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İzzət/

Əlillərin işlə təmin olunması ilə bağlı qanunvericilikdə dəyişiklik edilməlidir. Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının son iclasında millət vəkili Qənirə Paşayeva bildirib.

Millət vəkili qeyd edib ki, hazırda bəzi əlillər işlə təmin olunma məsələsində ciddi problemlərlə üzləşirlər. Ona görə də Q.Paşayeva "Məşğulluq haqqında" Qanuna dəyişiklik edilməsini təklif edib: "Çox zaman iş adamları əlilləri işə götürməkdən imtina edirlər. Bu baxımdan yaxşı olardı ki, əlillərlə bağlı mövcud qanunvercilikdə nəzərdə tutulan kvota artırılsın, eyni zamanda qanunvericiliyin bu tələbini nəzərə almayan şəxslərə qarşı cəza tədbirləri sərtləşdirilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti