...

Azərbaycanda dərsliklər 1 illik sınaqdan sonra tədrisdə istifadə ediləcək

Cəmiyyət Materials 30 Dekabr 2013 13:07 (UTC +04:00)
Azərbaycanda orta məktəb dərslikləri şagirdlərin istifadəsinə verilməmişdən əvvəl bir il ərzində sınaqdan keçiriləcək.
Azərbaycanda dərsliklər 1 illik sınaqdan sonra tədrisdə istifadə ediləcək

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəb dərslikləri şagirdlərin istifadəsinə verilməmişdən əvvəl bir il ərzində sınaqdan keçiriləcək.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq, qarşıdakı illərdə ümumtəhsil məktəb dərsliklərinin 1 il sınaqdan keçirilməklə tədrisdə istifadəyə verilməsi qərara alınıb. Bu yanaşma dərsliklərin keyfiyyətinin yüksəldilməsinə, dərsliklərdə çatışmazlıqların minimuma endirilməsinə, dərslik yaradıcılığına müəllif potensialının aktiv cəlb olunmasına kömək edəcək. Bu sahədə ilk addım olaraq hər il iki sinif üzrə dərsliklərin hazırlanmasına başlanılıb.

Artıq 2014-2015-ci tədris ilinə kurikulum əsasında VII və VIII siniflərin yeni dərslik komplektlərinin hazırlanması prosesinə başlanılıb. VII siniflərin dərslik komplektləri növbəti tədris ilinin əvvəlinə kimi çap olunaraq ümumtəhsil məktəblərinə çatdırılacaq. VIII siniflər üçün hazırlanan dərsliklərin məhdud sayda çap edilərək 1 il seçilmiş məktəblərdə pilot layihə kimi sınaqdan keçirilməsi və sonra bütün məktəblərə verilməsi nəzərdə tutulur. Bu mexanizmin qarşıdakı illərdə də davam etdirilməsi planlaşdırılır.

Dərslik müəlliflərinin peşəkarlığını artırmaq və müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yaradıcılığına aktiv təşviq etməkdən ötrü təlim kurslarının keçirilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti