Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.İ.Qarayev adına Fiziologiya İnstitutunun rəhbərliyində dəyişiklik edilib.
Trend-in məlumatına görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında verilən qərara əsasən, AMEA-nın müxbir üzvü Telman Ağayev institutun direktoru vəzifəsindən azad edilib.
Fevralın 1-dən etibarən bu vəzifənin icrası institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq Qaziyevə həvalə edilib.