Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir (FOTO)

Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Trend-in AzərTAc Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak etmişlər.

İştirakçılar əvvəlcə akademiyanın foyesində Ədəbiyyat İnstitutunun alimləri tərəfindən nəşr etdirilmiş kitablarla tanış olmuşlar.

Yubiley tədbirini giriş sözü ilə aşan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ədəbiyyat İnstitutunun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən və milli ədəbi nümunələrimizin tədqiqi, öyrənilməsi və təbliği istiqamətindəki çoxşaxəli fəaliyyətindən geniş söz açmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan elm adamlarına göstərdiyi diqqət və qayğıdan danışan natiq hazırda bu istiqamətdə işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Mili Məclisin deputatı, akademik İsa Həbibbəyli "Nizami adına Ədəbiyyat İnstitutu davamlı ənənələr və müasirləşmə yollarında" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

Məruzədə institutun keçdiyi tarixi yola bir daha nəzər salınmış və qeyd edilmişdir ki, 1933-cü ildə əsası qoyulan bu elm məbədi 80 ildən artıq müddətdə Azərbaycan filologiya elminin mərkəzinə çevrilmiş, mili mənəvi dəyərlərimizin, xalqın folklorunun, klassik və müasir ədəbiyyatının öyrənilməsi ilə ardıcıl məşğul olmuş, onun tədqiqi, nəşri və təbliği sahəsində miqyaslı işlər görmüşdür.

Bildirilmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu özünəməxsus şərəfli tarixi, böyük araşdırma ənənələri, görkəmli yaradıcıları və adlı-sanlı yetirmələri ilə mühüm elmi mərkəzlərdən biri kimi qəbul olunur. Bu elmi-tədqiqat institutu bir əsrə yaxındır ki, ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirir. Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatları Nizami adına Ədəbiyyat İnstitutu vasitəsilə əlaqələndirilir və istiqamətləndirilir. Bu elm məbədi Azərbaycan Respublikasının ədəbiyyat siyasətini sistemli və davamlı şəkildə, uğurla həyata keçirir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin bir neçə nəsli Nizami adına Ədəbiyyat İnstitutunda formalaşıb inkişaf etmişdir. Bu gün tanınmış ədəbiyyatşünas alimlər institutunda elmi fəaliyyətlərini uğurla davam etdirirlər. Bu elmi-tədqiqat institutunda çalışanların sıralarında 1 akademik, 2 müxbir üzv, 49 elmlər doktoru, 80 nəfərdən çox fəlsəfə doktorları vardır. Ədəbiyyat İnstitutunun əməkdaşlarından 3 nəfəri Dövlət mükafatı laureatı, 2 nəfəri isə Əməkdar Elm Xadimidir.

İsa Həbibbəyli demişdir ki, müstəqillik dövründə Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin yeni mərhələsi başlanmışdır. Azərbaycançılıq ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi, dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, açılmamış səhifələrin tədqiqata cəlb olunması Ədəbiyyat İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini müəyyən edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli Sərəncamının həyata keçirilməsində institut əməkdaşlarının özünəməxsus xidmətləri vardır. Ölkəmizdə klassik və müasir ədəbiyyatın bir çox dəyərli nümunələri institut əməkdaşlarının tərtibçiliyi və müqəddiməsi əsasında latın qrafikası ilə çap edilmişdir.

Hazırda Ədəbiyyat İnstitutunda yeddi cildlik Azərbaycan ədəbiyyatı tarixinin dörd cildinin nəşri başa çatdırılmışdır. Ədəbiyyat İnstitutunun çap etdirdiyi böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxmış "Molla Nəsrəddin" jurnalının səkkiz cilddə və Əli bəy Hüseynzadənin "Füyuzat" jurnalının bir cilddə transliterasiya nəşri ölkə miqyasında elmi-ədəbi hadisə sayılmağa layiqdir.

Vurğulanmışdır ki, hazırda bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasında olduğu kimi, Nizami adına Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü yaşayır. Bu elmi-tədqiqat institutunda aparılan yeniləşmə və dəyişikliklər müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərindən və əsaslı şəkildə, ölkənin milli maraqlarına və dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır. Bu mənada 2013-cü ildə yaradılmış müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı, ədəbi tənqid" şöbələri, Nizamişünaslıq və Füzulişünaslıq sektorları ədəbiyyatşünaslıq elminin nüfuzunun genişləndirilməsinə yeni imkanlar açmışdır.

Natiq son vaxtlar Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış mühüm addımlardan da danışmışdır.

Yubiley tədbirində iştirakından böyük məmnunluq hissi keçirdiyini söyləyən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Ədəbiyyat İnstitutunun bütün əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik etmişdir.

Nərgiz Paşayeva sözünə davam edərək demişdir: "Mən də ədəbiyyata bağlı olan, bütün ömrünü onun inkişafına xidmət edən bir nəslin nümayəndələrindənəm. Bəlkə də bu sahəyə olan marağımın əsasında da bu amilin böyük rolu vardır. Ədəbiyyat böyük aləmdir. Dünyanın yaranışının özəyində də söz dayanır. Dünya yaranandan mövcud olan söz, bütün zamanlarda tədqiqat obyekti olmuşdur".

Rektor bildirmişdir ki, tarixin hər bir mərhələsində xalımıza məxsus ədəbiyyat nümunələrində digər xalqlara məxsus nadir dəyərlərə xüsusi diqqət və hörmətlə yanaşılmışdır. Bu özü də böyük bir tədqiqatın mövzusudur və ədəbi nümunələrimiz bir çox istiqamətlərdə araşdırılmalıdır. Tarixin müxtəlif dövrlərində Azərbaycan ədəbiyyatı yalnız olduğu kimi qalmamışdır. Onun dahi simaları Yaxın və Orta Şərq fikrini, mədəniyyətini özündə cəmləmişdir. Orta əsrlərdə bütün fəlsəfi fikirlər, məktəblər Azərbaycan ədəbiyyatı tərkibində özünü dünyaya tanıtmışdır. Əgər XVIII-XIX əsrlərdə Avropanın vətənpərvər ziyalıları insanın və cəmiyyətin azadlığını maarifçilik ənənələrində axtarırdılarsa, bunu hələ çox-çox əvvəllərdə, XII əsrdə dahi Nizami Gəncəvi görmüş və əsərlərində şərh etmişdi. Bu, böyük bir zənginlikdir. Bəzən özümüzün nə qədər qədim və zəngin mədəniyyətə sahib olduğumuzu dərk edə bilmirik. Məhz bu səbəbdən də zəngin ədəbi irsimizi təqdim və təbliğ etmək borcumuzdur.

Nərgiz Paşayeva demişdir: "Azərbaycan ədəbiyyatı əsirlər boyu böyük inkişaf yolu keçmişdir. Amma bəzən dünya çərçivəsində, böyük arenada biz ədəbiyyatımızı lazımi səviyyədə təbliğ etməyi bacarmamışıq. Arzu edərdim ki, bundan sonra Azərbaycan ədəbiyyatının dəyərli, nadir nümunələri dünyada lazımi səviyyədə təqdim olunsun".

N.Paşayeva demişdir ki, ədəbiyyat xalqları, millətləri birləşdirən bir qüvvədir. Əgər bədii söz insanı daxilən göylərə ucaldır, ona yeni ruh, mənən zənginlik, sakitlik, təmizlik gətirirsə, elmi söz insanı ədalətli olmağa səsləyir, onu yer üzündə mövcud qayda-qanunlara əməl etməyə çağırır. Bütün bunlar sözün, ədəbiyyatın gücünün, böyüklüyünün göstəricisidir. Bu günədək dünyada ictimai fikrə, cəmiyyətə, insana ədəbiyyat qədər təsir edəcək ikinci bir silah kəşf edilməmişdir.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Bakı Slavyan Universitetinin rektoru, akademiyanın müxbir üzvi Kamal Abdullayev, Macarıstan Elmlər Akademiyası Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georg Xazai, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, dünya şöhrətli azərbaycanlı alim, doktor Cavad Heyət, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Rafael Hüseynov, Milli Məclisin deputatı, Xalq Şairi Sabir Rüstəmxanlı və başqaları əlamətdar gün münasibətilə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarını təbrik etmiş, onlara yeni uğurlar arzulamışlar.

Tədbirə yekun vuran Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli yubiley münasibətilə xarici ölkələrdən və Azərbaycanın bir sıra ali təhsil ocaqlarından, görkəmli mədəniyyət xadimlərindən gəlmiş təbrik məktublarını oxumuşdur.

Yubiley tədbirində institutun inkişaf yolundan bəhs edən slaydlar nümayiş olunmuşdur.

Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib
Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib
Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)
Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)
Loading Bars
Xəbər lenti
Bakıda evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
İlyas Hüseynov: Yerli istehsal maskalarla bağlı süni qiymət artımının qarşısını alacaq
Arzu Nağıyev: Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı qarşısında imtahan verməlidir (VİDEO)
Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək (VİDEO)
Tahir Kərimli: Əfv fərmanı bir daha sübut etdi ki, dövlət başçısı həmişə vətəndaşının qayğısına qalır, öz humanistliyini davam etdirir
Türkiyədə tibbi maskalar pulsuz paylanacaq
Musa Qasımlı: Prezident İlham Əliyevin siyasətində insanların sağlamlığı, təhlükəsizliyi və rifahı hər şeydən üstündür
Neftçalada su kanalında batan ata və oğlunun meyiti tapıldı
Ramil Həsən: Dövlət başçısının bu humanist addımından əfv olunan şəxslərin düzgün nəticə çıxaracağına əminəm
Quldurluqda şübhəli bilinən Bakı sakinləri saxlanılıblar
Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür
Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır
Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk!
Karantin rejimi ilə bağlı internat müəssisələrində yaşayan uşaqlar ailələrinə verilib
Bu həftə ərzində muzdlu işçilərə ödəmələrin həyata keçirilməsinə başlanacaq
Əli Hüseynli: Azərbaycan dövləti "beşinci kolon" təmsilçilərinə vəziyyətdən istifadə edib təxribat törətməyə imkan verməyəcək
Adil Əliyev: Artıq ölkəmiz tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir
Saray qəsəbə sakini avtomobilində dünyasını dəyişib
Ağstafada 100-dən çox ailəyə yardım sovqatları paylanılıb (FOTO)
Cənubi Koreyada koronavirus testlərinin təhlükəsiz keçirilməsi üçün kapsullar hazırlanıb
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı iki ayda 4 faizdən çox artıb
Saxta yolla karantin rejimini pozanlar barəsində ölçü götürüləcək - Operativ Qərargah
Sədaqət Vəliyeva: Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Azərbaycanda "evdeqal.az" portalı istifadəyə verilib
Evdən çıxmaqla bağlı SMS-lərin 58 faizi təsdiqlənməyib - SƏBƏB açıqlandı
Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların qrafikində dəyişiklik edilib
Karantin rejimində azyaşlılar və yeniyetmələrin hərəkəti necə təmin olunur? - AÇIQLAMA
Aprelin 7-də dolların manata qarşı məzənnəsi
Lökbatanda xüsusi karantin qaydalarını pozan kafe və kişi salonu aşkarlandı (FOTO/VİDEO)
PAŞA Sığorta: Ofislərimizdə müştəri müraciətlərinin qəbulu müvəqqəti dayandırılsa da, xidmətinizdəyik
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib
Prezident İlham Əliyev: Aprelin 20-dən sonra biz koronavirusa qarşı mübarizədə addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq
Neftçalada 2 nəfər su kanalına düşüb
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib
Azərbaycanda iki ayda qida məhsullarının istehsalında artım müşahidə olunub
İş yerlərinin qorunması məqsədilə atılacaq addımlar açıqlanıb
“Regional İnkişaf” İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır
Təhlükədən az zərərlə çıxmaq üçün üzərimizə düşən işi yerinə yetirməliyik
XİN: Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənib və rədd edilib
Azərbaycan Prezidenti: Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
Evdə qal və muzeylərə səyahət et (VİDEO)
Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub
Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin
Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək
Azərbaycan Prezidenti: Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik
İspaniyada 19 mindən çox tibb işçişi koronavirusa yoluxub
Azərbaycan Prezidenti: Yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur
Aptekonline.az xidməti artıq 2225 sifarişi uğurla yerinə yetirib və ünvanlara çatdırıb (VİDEO)
Prezident İlham Əliyev: Azərbaycanda bu günə qədər görülmüş bütün qabaqlayıcı tədbirlər öz səmərəsini verdi
Prezident İlham Əliyev: Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək
İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır
Prezident İlham Əliyev: Koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq
Rayon xəstəxanalarında həkimlərə koronavirusla bağlı təlimlər keçirilir (FOTO)
Xüsusi karantin rejimində yaşı 65-dən yuxarı şəxslər pensiyalarını belə alacaq
Sosial ödənişlərə görə bankomatlarda əlavə faiz tutulmayacaq
Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! - Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
“Bizim Tarla” 65 yaşdan yuxarı şəxslərə sovqat payladı (FOTO)
Bir sıra ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib - Nazirlik
Putin və Netanyahu koronavirusla mübarizədə birgə səyləri dəstəkləyib
Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur (FOTO)
Qeyri-sabit hava aprelin 9-dək davam edəcək
Bakıda saxta icazə arayışı satan şəxs və “müştəriləri” saxlanıldı (FOTO/VİDEO)
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 12 nəfər sağaldı - Operativ Qərargah
İranın Səhiyyə Nazirliyi: Koronavirus “donuz qripi"ndən daha təhlükəlidir
Vergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDI
“Biz bizə yetərik Türkiyəm” - Milli həmrəylik kampaniyası (VİDEO)
Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq
Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir
Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisində müraciətçilərin qəbulu məhdudlaşdırılıb
Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)
Kamilə Əliyeva: Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir
Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi
Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı
Kənd Təsərrüfatı Nazirliyi ölkədə ət qıtlığının olması barədə yayılan məlumatlara münasibət bildirib
"Dərs vaxtı"nın aprelin 7-nə olan CƏDVƏLİ müəyyənləşib
İranda daha 136 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
Namiq Abdullayev: Gəlin, həyatımızı riskə atmayaq, bu virusla birgə mübarizə aparaq (VİDEO)
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Təhsil Nazirliyi: “Virtual məktəb” portalında yenidən qeydiyyatdan keçmək mümkündür
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Sabah Bakıda yağış yağacaq
Sumqayıt şəhərində ağaclar bu məqsədlə köçürülüb - AÇIQLAMA (FOTO)
Aynur Məmmədova: Evdə qalmağımız öz taleyimizi, ailəmizi, ərtafımızı və millətimizi qorumaq üçündür (VİDEO)
Azexport.az vətəndaşları e-ticarətdən istifadəyə dəvət edir
Ermənistanda qadın minaya düşdü
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir
2020-ci ilin I rübündə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bir sıra tədbirlər həyata keçirilib
Unikal limuzin - təyyarə satışa çıxarılıb
ARDNF-nin 2020-ci il üzrə büdcə xərclərinin təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır
Könül Nurullayeva: Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq
Yazgül Abdiyeva: Karantin müddətində sakit şəraitdə çox faydalı, yaradıcı işlər görə bilərik
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı
Paslanmaz boru, paslanmaz metal təbəqə və polad təbəqələrin satışı barədə ELAN
Bütün xəbərlər