Azərbaycan, Bakı, 22 yanvar /Trend/
Yanvarın 22-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular Azərbaycanın yeni hərbi avadanlıqlar istehsal etmə planları, Avropa İttifaqının "Horizon 2020" proqramının Mərkəi Asiyada TASİM layihəsinin genişlənməsinə yardım edəcəyi, İrandan "beyin axını"nın hökumət üçün böyük problemə çevrilməsi, Ermənistana və Gürcüstan arasında gərginliyin artması və bununla bağlı ekspert rəyi, dünyada ilk dəfə olaraq Azərbaycanda palçıq vulkanlarının atlasının hazırlanması və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.