...

Britaniya Azərbaycan Hüquq Assosiasiyasının İdarə Heyətinin üzvlərinin adları açıqlanıb

Cəmiyyət Materials 24 Yanvar 2014 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

İngiltərə və Uels Hüquq Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının dəstəyi ilə 2013-cü ildə Londonda təsis edilmiş Britaniya Azərbaycan Hüquq Assosiasiyasının İdarə Heyətinin üzvlərinin adları açıqlanıb.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, bunlar Britaniya Azərbaycan Hüquq Assosiyasiyasının sədri Adrian Hyuz ("39 Essex Street Chambers" - Londonun 39 Essex küçəsində yerləşən məşhur Hüquq Palatasının "Kral vəkili" statusuna malik hüquqşünası), sədr müavini Rəvan Məhərrəmov (tanınmış hüquq şirkəti olan "Withers LLP" şirkətinin hüquq məsləhətçisi), katib Rüfət Qədimli (White&Case) və xəzinədar İan Tompsondur (FTI Consulting).

Assosiasiyanın İdarəetmə Komitəsinin tərkibinə isə "Bakı Hüquq Mərkəzi" MMC-nin direktoru Anar Bağırov, "Ekvita" MMC-nin direktoru İlqar Mehdi, "BM Morrison Partners" şirkətinin baş partnyoru Fərhad Mirzəyev, Kris Koffin (Withers LLP), Nigel Cons (bp) və Emma Edhem (Türkiyə-Britaniya Ticarət və Sənaye Palatası) daxil edilib.

Qeyd edək ki, Briyaniya Azərbaycan Hüquq Assosiasiyasının təsis edilməsində əsas məqsəd Birləşmiş Krallıq və Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqşünaslar arasında əlaqələr yaratmaq, ən qabaqcıl hüquq təcrübəsini paylaşmaq və iki ölkə arasındakı münasibətləri möhkəmləndirməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti