Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda uzunömürlü hesab olunan 92 yaşlı kişinin 2 azyaşlı uşağı var. Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Çingiz Qasımovun Trend-ə verdiyi məlumata görə, həmin şəxs Lerik rayonunda yaşayan Feyziyev Müslüm İsa oğludur.
Üçüncü dəfə ailə həyatı quran M.Feyziyevin həmin evlilikdən 12 yaşlı qızı, 8 yaşlı oğlu olub.
Azərbaycanda əvvəllər uzunömürlülərin kiçik yaşda uşaqlarının olması hallarına rast gəlinib. Ancaq M.Feyziyevin kiçikyaşlı uşaqlarının olması Azərbaycandakı uzunömürlülər arasında son dövrlərdə rast gəlinən ilk hal hesab edilib.