Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının böyük prokuroru xanım Elizabet Hounun Azərbaycana səfəri başa çatmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyana ofisində təsis edilərək akkreditasiyadan keçmiş, dünya prokurorlarının ilk və yeganə dünya təşkilatı olan, əsas məqsədi transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə sahəsində prokurorlar arasında daha sürətli, səmərəli və işgüzar əlaqələrin qurulmasında vasitəçilik etmək olan 140-dan çox təşkilatın, 2000-dən çox prokurorluq əməkdaşının isə fərdi üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası ilə ölkəmiz arasında əməkdaşlıq uğurla davam etdirilir.

Azərbaycan Respublikası təşkilat yarandığı gündən onunla işgüzar münasibətlər yaratmış, Baş Prokurorluq və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 1998-ci ildə Assosiasiyaya təşkilati üzv kimi qəbul edilmişlər. Azərbaycan Respublikasının ədliyyə naziri, Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru Fikrət Məmmədov uzun illər Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsində ölkəmizi layiqincə təmsil etmişdir. 2002-ci ilin mayında Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasının Bakı şəhərində keçirilməsi, həmçinin 2011-ci ildə Assosiasiyanın prezidenti, İrlandiya Respublikasının həmin dövrdəki baş prokuroru Ceyms Hamiltonun Azərbaycan Respublikasına işgüzar səfəri qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynamışdır.

Ötən illər ərzində Beynəlxalq Prokurorlar Assosiasiyasının ölkəmizdən olan üzvlərinin sayı 200-ü keçərək fərdi üzvlərin sayına görə Azərbaycan Respublikası digər ölkələr ilə müqayisədə birinci yeri tutur.

Yanvarın 21-dən 24-dək ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının böyük prokuroru xanım Elizabet Hou Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər qoyulmuşdur.

Qonaq Şəhidlər xiyabanını da ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə güllər, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Səfər çərçivəsində xanım Elizabet Hou Bakının müasir simvollarından olan Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur. Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq qonaqda xoş təəssürat yaratmışdır.

Xanım Elizabet Hou daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğuna gələrək Baş prokuror Zakir Qaralov ilə görüşmüşdür.

Görüşdə qonağa son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən islahatlar, qanunverici və praktiki tədbirlər, əldə olunan nailiyyətlər, həmçinin ölkəmizin "Transparency International" təşkilatının illik hesabatına əsasən əhəmiyyətli irəliləməsi, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qəbul etdiyi hesabata əsasən 3-cü raund dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk dövlət olması barədə ətraflı məlumat verilmişdir.

Görüşdə ölkəmizdə uğurla reallaşan məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi və kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, korrupsiya ilə mübarizə sahəsində görülən konkret tədbirlər, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti diqqətə çatdırılmışdır.

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Elizabet Hou təmsil etdiyi qurumun fəaliyyətinə ölkəmizin verdiyi mühüm töhfələri və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə görülən işlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin, habelə Assosiasiya ilə birgə regional tədbirlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilmişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Səfər zamanı xanım Elizabet Hou, həmçinin milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasına gələrək beynəlxalq tədbirlərin, mətbuat konfranslarının keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalları, müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilmiş, digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş "Qaynar xətt" əlaqə mərkəzi, digər dövlət qurumlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə tanış olmuşdur.

Daha sonra xanım Elizabet Hou Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olan idarə rəisi Kamran Əliyev, habelə Beynəlxalq Prokurorlar Assosiasiyasının gənc üzvləri ilə görüşmüşdür.

Görüşdə qonaq tərəfindən Böyük Britaniya Krallığı Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyət istiqamətləri barədə məlumat verilmiş, gənc prokurorlar onları maraqlandıran aktual məsələlərə, o cümlədən çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə dair suallar verməklə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Səfər proqramı çərçivəsində xanım Elizabet Hou Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin fəxri üzvü, qurumun senatoru, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Görüşdə qonağa məhkəmə və ədliyyə sistemində aparılan islahatlar, infrastrukturun müasirləşdirilməsi, hakimlərin mütərəqqi və şəffaf üsullarla müsabiqə əsasında işə qəbulu, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə görülən işlər, penitensiar sistemdə və digər sahələrdə Azərbaycanın artıq dünyada geniş yayılan nümunəvi təcrübəsi barədə ətraflı məlumat verilmişdir.

Məhkəmə infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərlə tanışlıq çərçivəsində xanım Elizabet Hou Bakı şəhərinin Yasamal və Oğuz rayon məhkəmələrinin yeni inzibati binaları, Şəki Penitensiar Kompleksi, Şəki Regional Ədliyyə Şöbəsi, habelə Şəki şəhərində inşa edilən və özündə dörd məhkəməni birləşdirəcək Şəki Məhkəmə Kompleksi ilə tanış olmuş, həmçinin Qəbələ Rayon Məhkəməsinin təməlqoyma mərasimində iştirak etmişdir.

Bundan əlavə, xanım Elizabet Hou Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşərkən qonağa ölkəmizdə həyata keçirilməkdə olan məhkəmə sistemindəki islahatlar barədə ətraflı məlumat verilməklə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Xanım Hou hüquq mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işləri və yaradılmış şəraiti yüksək qiymətləndirərək ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə aparılan tədbirlərdən məmnunluğunu ifadə etmişdir.

Səfərin sonunda qonaq 3 saylı Bakı "ASAN xidmət" mərkəzinə gələrək mərkəzin fəaliyyəti və vətəndaşlara göstərilən xidmət növləri ilə ətraflı tanış olmuşdur. Dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasına, şəffaflığın təmin edilməsinə, korrupsiya hallarının istisna olunmasına, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiqinə, dövlət məmuru-vətəndaş təmas nöqtələrinin minimuma endirilməsinə istiqamətlənmiş mərkəzlərin fəaliyyəti təqdirəlayiq hesab edilmiş, belə bir qurumun digər ölkələr üçün nümunə olması bildirilmişdir.

Azərbaycanlı musiqiçi intihar etdi
Azərbaycanlı musiqiçi intihar etdi
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
Bərdədə 32 yaşlı kişi güllələnib
Bərdədə 32 yaşlı kişi güllələnib
Loading Bars
Xəbər lenti
Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etmək planşdırır - Ərdoğan
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib
Azərbaycanlı musiqiçi intihar etdi
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi
Türkiyə Silahlı Qüvvələri 10 PKK terrorçusunu zərərsizləşdirib
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Bərdədə 32 yaşlı kişi güllələnib
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?
Əfqanıstanda partlayış olub, ölənlər var
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Son bir ildə 114 uşaq övladlığa verilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Nərimanovda bina yanır (VİDEO)
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Bakı şəhər prokurorluğunun 14 əməkdaşı cəzalandırılıb
Ötən il Bakıda 6500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb
Bakıda ölümlə nəticələnən yol qəzaları artıb
Ötən il Bakıda 12 min 761 cinayət hadisəsi baş verib - İlqar Abbasov
S&P Azərbaycanda 2025-ci ilədək inflyasiya proqnozlarını açıqlayıb
S&P manatın dollara mövcud nisbətdə bağlılığını təsdiq edib
Bazar günü hava necə olacaq?
Yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib etdi
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var
Hazırda "omikron" dünyada qriplə bərabər yayılır
S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb (FOTO/VİDEO)
S&P Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında mümkün svop sazişini şərh edib
Ötən gün evini tərk edən 11 koronavirus xəstəsi küçədə yaxalanıb
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq - Vüqar Rəhimzadə
Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Krasnodar hava limanı bağlanıb
Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
Qarabağa avtobusla səfər edənlərin bileti belə olacaq (FOTO)
Azərbaycan futzalçıları bu gün Avropa çempionatında ilk matçına çıxır
Səhiyyə qurumları vətəndaşlara çağırış etdi
Azərbaycanda koronavirus xəstələrinin karantində qalma müddəti azaldılır
“Avrora" Qrup uşaq sığınacaqlarında məskunlaşan uşaqları sevindirib (FOTO)
Alyaskada güclü zəlzələ olub
Azərbaycan nefti ucuzlaşıb
Masallıda yataq xəstəsi evdə yanaraq ölüb
Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir - Agentlik
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
Braziliyada çatdırılmanı dronlara yerinə yetirməyə icazə verilib
İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
Hulusi Akar Suriya və İraqla sərhəddəki bölmələrə baxış keçirib
Almaniyada minimum əmək haqqının artırılması məşğulluğa təsir etməyəcək - nazir
Arnold Şvartsenegger Kaliforniyada ağır yol qəzası törədib (FOTO)
ABŞ-da məktəbdə şagird güllələnib
ÜST 12 yaşadək yeniyetmələrə azaldılmış dozada Pfizer peyvəndini tövsiyə edib
Meksikada oteldə atışma nəticəsində iki Kanada vətəndaşı öldürülüb
Ənənəvi Braziliya karnavalları koronavirus səbəbindən təxirə salınıb
Yaponiyada baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib
ABŞ-ın ən yaşlı sakini 115 yaşında vəfat edib
Belçikada koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılır
Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb
NATO Aralıq dənizində təlimlərə başlayır
Amerikanın Atlas V raketi Pentaqonun kəşfiyyat peyklərini orbitə çıxarıb
BMT-nin baş katibi dünyadakı vəziyyəti soyuq müharibə dövründəkindən daha təhlükəli adlandırıb
Elbrus Əliyev 2007-ci ildə təqaüdə çıxmıb, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər-hansı əlaqəsi olmayıb - Baş Prokurorluq
Ərəb koalisiyasının Yəmən həbsxanasına hava hücumu nəticəsində onlarla insan həlak olub
Serbiyalı nazir ölkə başçısına sui-qəsd hazırlandığını bildirib
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
Böyük Britaniyada koronavirusun omikron ştammının yeni alt növü aşkarlanıb
Fransa Prezidenti Kabinetinin müşaviri və Aİ-nin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb (ÖZƏL)
Bütün xəbərlər