...

Azərbaycanda qiyabi təhsil almaq istəyənlərin sayı azalıb

Cəmiyyət Materials 28 Yanvar 2014 12:03 (UTC +04:00)
Azərbaycanda 2013-cü ildə qiyabi təhsil almaq istəyən tələbələrin sayı 2,2 dəfə azalıb. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda bildirib.
Azərbaycanda qiyabi təhsil almaq istəyənlərin sayı azalıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2013-cü ildə qiyabi təhsil almaq istəyən tələbələrin sayı 2,2 dəfə azalıb. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə ilk dəfə olaraq abituriyentlərə təhsilalma formasını (əyani və ya qiyabi) sərbəst seçmək imkanı yaradılmışdı. Belə ki, abituriyentlər qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçərkən istədikləri təhsilalma formasını (əyani və ya qiyabi) sərbəst seçə bilmişdilər. 2013-cü ildə də abituriyentlərə təhsilalma formasını sərbəst seçmək imkanı yaradılmışdı. Nəticədə 2013-cü ildə qiyabi təhsil üzrə qəbul potensialının 2011-ci il ilə müqayisədə 3.83 dəfə artmasına baxmayaraq, qiyabi təhsilalma forması üzrə qəbul olanların nisbi sayı 2.2 dəfə azalıb.

2011-ci ildə bu cür seçim imkanı olmadığı üçün qəbul olanların 12.2 faizi qiyabi formada təhsil verilən ixtisasları seçmişdilər. Bu il isə qiyabi təhsil almağa üstünlük verənlər qəbul olanların yalnız 5.5 faizini təşkil edib: "Ötən il bu göstərici 6.7 faiz olmuşdu. Göründüyü kimi, təhsilalma formasının seçimi üçün verilən sərbəstlik əhəmiyyətli dəyişikliyə səbəb olub. Nəticədə bu tədris ilində də abituriyentlərin nisbətən çoxu, ötən ildə olduğu kimi, təhsilalma formasını sərbəst seçmək imkanından istifadə edərək əyani təhsilalma formasına üstünlük verib".

M.Abbaszadə qeyd edib ki, bu il qiyabi təhsilalma formasına ən çox IV ixtisas qrupunun abituriyentləri üstünlük veriblər. Belə ki, qəbul olan abituriyentlərin 7,85 faizi (283 nəfəri) qiyabi formada təhsil almaq istəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti