...

Gürcüstan DİN-in nümayəndə heyəti Azərbaycanla əməkdaşlığın perspektivlərini müzakirə edir

Cəmiyyət Materials 28 Yanvar 2014 17:11 (UTC +04:00)
Gürcüstan daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya cari səfəri çərçivəsində Azərbaycanla əməkdaşlığın perspektivlərini müzakirə edir. Bu barədə Trend-ə Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.
Gürcüstan DİN-in nümayəndə heyəti Azərbaycanla əməkdaşlığın perspektivlərini müzakirə edir

Gürcüstan, Tbilisi, 28 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya cari səfəri çərçivəsində Azərbaycanla əməkdaşlığın perspektivlərini müzakirə edir. Bu barədə Trend-ə Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.

Nümayəndə heyətinin tərkibinə Fövqəladə Hallar Departamentinin direktoru Zviad Katsaşvili, departamentin direktor müavini Levan Buiqlişvili və digər vəzifəli şəxslər daxildirlər.

Səfəri çərçivəsində Gürcüstan nümayəndə heyəti Azərbaycan fövqəladə hallar nazirinin birinci müavini Rafael Mirzəyev və nazir müavini Faiq Tağızadə ilə görüşüblər. Tərəflər iki ölkənin nazirlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə tədbirləri və planları nəzərdən keçiriblər.

Gürcüstanın nümayəndə heyəti FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə baş çəkib, onun strukturu və iş prinsipləri ilə ətraflı tanış olublar.

Gürcüstan DİN-in nümayəndələri Mülki Müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qərargahında da olublar.

Səfərin birinci günü DİN-in nümayəndə heyəti yanğınsöndürmə xidməti hissəsində olublar və xidmətin fəaliyyət prinsipləri ilə yerində tanış olub, eləcə də yanğın-xilasetmə avadanlıqlarına baxıblar.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan hökumətləri arasında fövqəladə vəziyyətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş ötən il avqustun 1-də imzalanıb.

Gürcüstan nümayəndə heyətinin səfərində məqsəd bu saziş çərçivəsində birgə tədbirlərin planlaşdırılmasından ibarətdir.

Səfər yanvarın 29-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti