...

Qar covğunu ilə əlaqədar Azərbaycanda 100-dən çox adam yollarda qalıb

Cəmiyyət Materials 31 Yanvar 2014 10:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvarın 30-da axşam saat 22:00-dan gecə saat 3:00-dək Bakı-Şamaxı yolunun 25-ci km-dən 55-ci km-ə qədər çovğun olması ilə əlaqədar Bakıya sərnişin daşıyan və digər şəxsi nəqliyyat vasitələrində 100-dən çox insan qalıb. Bu barədə Trend-ə eksklüziv olaraq Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, bu müddət ərzində həmin sərnişinlər Yol Patrul Xidməti avtomobillərinin köməyi ilə təxliyə olunaraq Bakı şəhərinə çatdırılıblar: "Hazırda ərazi üzrə yol istismar idarələrinin iştirakı ilə yollarda xidmət aparılır və bütün ərazilərdə yolun qardan təmizlənməsi prosesi davam edir. Amma qarın güclü yağması səbəbindən qreyderlər yolların təmizlənməsini vaxtında çatdıra bilmirlər. Qreyderlər 50-60 km məsafədə keçəndən 15 dəqiqə sonra qar yerə oturur, avtomobillər keçən kimi bərkiyir və buzlaşma gedir".

K.Əliyev respublika ərazisində qar yağması ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı ərazilərin adlarını da açıqlayıb: "Hazırda Bakı-Şamaxı yolunda qar yağır, yolun səthi buzdur. Yolun 15-ci km-dən 45-ci km-ə qədər çovğundur, nəqliyyat vasitələrinin hərəkəti məhduddur.

Bakı-Quba yolunda 83-cü km-ə qədər yol açıqdır, qar yağır. Amma 83-cü km-dən sonra yolun mərkəzi hissəsi buz bağlayıb. Bakı-Qazax yolunda qar yağır, hərəkət çətindir. Yolun 14-cü km-dən 24-cü km-ə qədər çovğundur. Ağsu-İsmayıllı ərazisində hərəkət məhduddur, qar yağır.

Qeyd edək ki, yanvarın 30-da günorta saatlarından başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində günü-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, qarın bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Oğuz-Qəbələ ərazisində hərəkət məhduddur, qar yağır. Yevlax-Zaqatala yolunda hərəkət var, lakin qar yağır. Ələt-Astara yolunda qar yağsa da, hərəkət var. Sabirabad-İmişli ərazisində də qar yağır, amma hərəkət var".

Bununla əlaqədar K.Əliyev Baş Dövlət Yol Polisi İdarəsi adından bir daha sürücülərə müraciət edərək onlara yollarda ehtiyatlı olmağı tövsiyə edib: "Sürücülərə və avtomobil sahiblərinə qeyd olunan istiqamətlərdə mümkün qədər fərdi nəqliyyat vasitələrindən az istifadə olunması və qeyd edilən ərazilərdə yalnız hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Çünki bəzi ərazilərdə hərəkət məhduddur, hətta covğuna görə hər iki oxu aparıcı olan avtomobillərin də hərəkəti çox çətindir".

Qeyd edək ki, yanvarın 30-da günorta saatlarından başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində günü-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, qarın bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti