...

Fevralın 15-dək Azərbaycanda hava şəraitində ciddi dəyişiklik olmayacaq

Cəmiyyət Materials 12 Fevral 2014 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İsabalayeva/

Fevral ayının 15-nə qədər Azərbaycanda hava şəraitində ciddi dəyişikliyin olacağı gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, həmin müddətdə əksər rayonlarda hava yağmursuz olacaq. Yalnız Lənkəran-Astara bölgəsində az miqdarda yağış yağacağı gözlənilir.

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında buludu hava şəraiti üstünlük təşkil edəcək. Yarımadanın bəzi yerlərində hava çiskinli olacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 13-də havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 5-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə gecə 12 dərəcə şaxta proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti