...

Azərbaycanda insanların heyvanlar tərəfindən dişlənilməsi halları azalıb

Cəmiyyət Materials 24 Fevral 2014 12:24 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2012-ci ildə ölkədə 16 952 nəfəri müxtəlif heyvanlar dişlədiyi halda, ötən il bu say 16 123-ə enib.
Azərbaycanda insanların heyvanlar tərəfindən dişlənilməsi halları azalıb

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda insanların heyvanlar tərəfindən dişlənilməsi halları azalıb.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2012-ci ildə ölkədə 16 952 nəfəri müxtəlif heyvanlar dişlədiyi halda, ötən il bu say 16 123-ə enib. Ötən il ərzində 13 925 nəfəri it, 1169 nəfəri pişik, 671 nəfəri siçovul, 358 nəfəri başqa heyvanlar dişləyib.

2012-ci illə müqayisədə ötən il Bakıda da baş vermiş heyvan dişləmələrinin sayı azalıb. 2012-ci ildə 5258 nəfəri heyvan dişlədiyi halda, 2013-cü ildə 4684 nəfər heyvan dişləmələrinə məruz qalıb. Ötən il Bakıda 3520 nəfəri it, 667 nəfəri pişik, 396 nəfəri siçovul, 101 nəfəri başqa heyvanlar dişləyib.

Ötən il ölkədə quduzluğa yoluxma faktı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti