...

Bank VTB (Azərbaycan) ASC-nin kollektivi qanvermə aksiyasında iştirak edib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2014 16:25 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ASC-nin kollektivi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədi ilə fevralın 21-də qanvermə aksiyasında iştirak edib.
Bank VTB (Azərbaycan) ASC-nin kollektivi qanvermə aksiyasında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bank VTB (Azərbaycan) ASC-nin kollektivi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədi ilə fevralın 21-də qanvermə aksiyasında iştirak edib.

Tədbir B.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankında keçirilib.

Bank rəhbərliyinin nümayəndələri də tədbirdə iştirak ediblər. Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri İlnur Salahov aksiyada ilk iştirak edənlər sırasında olub. Bank rəhbərliyinin belə xeyirxah təşəbbüsə start vermək qərarına gəldiyini vurğulayan İ.Salahov bildirib ki, ehtiyacı olanlara mütəmadi qaydada qan veriləcək.

Arayış üçün:

Bank VTB (Azərbaycan)

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti