...

Mərkəzi Bank "Bank of Baku"nun lisenziyasının alınması məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 5 Mart 2014 15:30 (UTC +04:00)
Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Mərkəzi Bankı tərəfindən guya "Bank of Baku" ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar verilməkdədir.
Mərkəzi Bank "Bank of Baku"nun lisenziyasının alınması məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 5 mart /Trend/

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Mərkəzi Bankı tərəfindən guya "Bank of Baku" ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar verilməkdədir.

Trend-in Mərkəzi Bankın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mərkəzi Bank bildirir ki, "Bank of Baku" ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır. Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur.

Bununla əlaqədar, Mərkəzi Bank bir daha bildirir ki, "Bank of Baku" ASC normal fəaliyyətini davam etdirir, bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətəuyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti