...

Bakı metrosunun "Sahil" stansiyasında hərəkət bərpa olunub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 Mart 2014 11:35 (UTC +04:00)
Bakı metrosunun "Sahil" stansiyasının giriş-çıxışı bağlanıb. Bu barədə Trend-ə Bakı Metropolitenindən məlumat verilib.
Bakı metrosunun "Sahil" stansiyasında hərəkət bərpa olunub (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 10:39-da yayılıb)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İzzət/

Bakı metrosunun "Sahil" stansiyasının giriş-çıxışı bağlanıb. Bu barədə Trend-ə Bakı Metropolitenindən məlumat verilib.

Metropolitendən bildirilib ki, giriş-çıxışın bağlanması stansiyanın üstündə yerləşən binada güclü yanğının baş verməsi ilə əlaqədardır.

Qeyd edək ki, bir qədər əvvəl metronun "Sahil" stansiyanın üstündəki çoxmərtəbəli binanın 3-cü mərtbəsində, "Sahil" Ticarət Mərkəzində güclü yanğın baş verib. Artıq yanğın söndürülüb. Baş verən yanğın zamanı 5 nəfər xəsarət alıb.

Bakı Metropolitenindən daha sonra Trend-ə bildiriblər ki, "Sahil" stansiyasının giriş-çıxışı açılıb və hərəkət bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti