Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İzzət/
Yanğınla əlaqədar metronun "Sahil" stansiyasının ətrafındakı yollara giriş məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, "Sahil" Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar Üzeyir Hacıbəyov, 28 May və Şəmsi Bədəlbəyli küçələrindən Bülbül prospektinə giriş məhdudlaşdırılıb.
Sürücələrə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, bir qədər əvvəl metronun "Sahil" stansiyanın üstündəki çoxmərtəbəli binanın 3-cü mərtbəsində, "Sahil" Ticarət Mərkəzində gücül yanğın baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.