...

Azərbaycanlı gənc beynəlxalq forumda iştirak edəcək

Cəmiyyət Materials 14 Mart 2014 15:07 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, ICAPP Gənclər Qolunun birinci vitse-prezidenti Ramin Məmmədov 5-11 aprel 2014-cü il tarixində Kolumbiyanın Medellin şəhərində BMT-nin İnsan Məskənləri (məskunlaşdırma) üzrə Mərkəzinin keçirəcəyi Dünya Urbanizasiya Forumunun 7-ci sessiyasında məruzəçi qismində iştirak edəcəkdir.
Azərbaycanlı gənc beynəlxalq forumda iştirak edəcək

Azərbaycan, Bakı, 14 mart /Trend/

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, ICAPP Gənclər Qolunun birinci vitse-prezidenti Ramin Məmmədov 5-11 aprel 2014-cü il tarixində Kolumbiyanın Medellin şəhərində BMT-nin İnsan Məskənləri (məskunlaşdırma) üzrə Mərkəzinin keçirəcəyi Dünya Urbanizasiya Forumunun 7-ci sessiyasında məruzəçi qismində iştirak edəcəkdir.

Trend-in məlumatına görə, Dünya Urbanizasiya Forumu 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilmişdir. Forum insanların məskunlaşdırılması, urbanizasiya prosesinin sürətləndirilməsi və bu proseslərin yerli və milli iqtisadiyyata, iqlim dəyişikliyinə təsiri sahəsindəki problemlərin araşdırılması və analizi ilə məşğuldur. 2002-ci ildə Nairobidə keçirilmiş açılış sessiyasından etibarən Forum öz fəaliyyət istiqamətlərini genişləndirmiş və son dövrədək keçirilmiş sessiyalarda ümumilikdə 10000 şəxs iştirak etmişdir.

Medellin şəhərində keçiriləcək Dünya Urbanizasiya Forumunun 7-ci sessiyasında Ramin Məmmədov "Azərbaycanda idarəetmə prosesində gənclərin rolu" mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti