...

Bakının əsas yolunda - Aeroport şosesində nəqliyyatın hərəkəti bərpa edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 18 Mart 2014 17:52 (UTC +04:00)
Yollarda aparılan işlərlə əlaqədar Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq.
Bakının əsas yolunda - Aeroport şosesində nəqliyyatın hərəkəti bərpa edilib (ƏLAVƏ OLUNUB)

Məlumat yenilənib (ilk xəbər saat 10:19-da yayılıb)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Aeroport şosesində nəqliyyatın hərəkəti bərpa edilib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

O, qeyd edib ki, Böyükşor - Hava limanı avtomobil yolunun Heydər Əliyev adına Hava limanından Sabunçu yol qovşağına qədər olan hissəsində yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi başa çatdığı üçün nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.

Bundan əvvəl P.Mürsəliyev bildirimişdi ki, yollarda aparılan işlərlə əlaqədar Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq: "Yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti Böyükşor - Hava limanı avtomobil yolunun Heydər Əliyev Hava Limanından "Buta Palace"-a qədər olan hissəsində qismən (2 zolaq), "Buta Palace"-dan Sabunçu yol qovşağına qədər olan hissəsində isə hərəkət tam məhdudlaşdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti