Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Bakıda çovğunla müşayiət olunan güclü qar yağır.
Trend-in məlumatına görə, paytaxtda intensiv qar yağır və artıq yerdə oturmağa başlayıb.
Buna baxmayaraq, şəhərə elektrik enerjisi və təbii qazın verilişində heç bir fasilə qeydə alınmayıb.
Qeyd edək ki, hazırda respublıka ərazisində qarlı, küləkli hava şəraiti müşahidə olunur. Sabahdan havanın temperaturu yüksəlməyə başlayacaq.