...

Xalq artisti Nuriyyə Əhmədova qəza zamanı onurğa sütunundan ciddi zədə alıb

Cəmiyyət Materials 4 Aprel 2014 17:48 (UTC +04:00)
Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova bu gün keçirdiyi qəza zamanı onurğa sütunundan ciddi zədə alıb.
Xalq artisti Nuriyyə Əhmədova qəza zamanı onurğa sütunundan ciddi zədə alıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova bu gün keçirdiyi qəza zamanı onurğa sütunundan ciddi zədə alıb.

N.Əhmədova Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, 11 saylı avtobusun sərnişini olan N.Əhmədova sürücü əyləci basarkən yıxılıb. Ona onurğa sütununun əziyi və II, III və IV bel fəqərələrinin köndələn çıxıntısı diaqnozu qoyulub.

Aktrisa xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti