...

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Bakıya gəlir

Cəmiyyət Materials 23 Aprel 2014 17:49 (UTC +04:00)
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos aprelin 26-29-da Bakıda səfərdə olacaq. İsidoros Kuvelos Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumun işində iştirak etmək üçün Azərbaycana gəlir.
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Bakıya gəlir

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos aprelin 26-29-da Bakıda səfərdə olacaq. İsidoros Kuvelos Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumun işində iştirak etmək üçün Azərbaycana gəlir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, İ.Kuvelos artıq bir neçə dəfə Bakıda olub və müvafiq qurumlarla Akademiya ilə Azərbaycan arasında əlaqələrin gələcək perspektivləri, Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində Akademiya ilə həyata keçiriləcək layihələrə dair müzakirələr aparıb.

1961-ci ildə Yunanıstanda təsis olunmuş Akademiya Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında fəaliyyət göstərir və mütəmadi olaraq idmanın fəlsəfi və ideoloji problemlərinə, Olimpiya hərəkatının tarixinə və digər məsələlərə həsr olunmuş seminarlar təşkil edir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda çox sayda sabiq dövlət və hökumət başçısı ilə yanaşı, bir sıra beynəlxalq qurumların rəhbərləri və təmsilçiləri də iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti