Səlim Müslümov: Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamlar 1536 nəfəri əhatə edir

Səlim Müslümov: Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamlar 1536 nəfəri əhatə edir

Azərbaycan, Bakı, 1 may /Trend/

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzaladığı növbəti sərəncamlar sosial cəhətdən həssas əhali qruplarına göstərilən dövlət qayğısının növbəti təzahürüdür". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə verilən Prezident təqaüdünün əhəmiyyətli şəkildə artırılmasını və Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsini nəzərdə tutur.

S.Müslümov ilk olaraq "1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 30 aprel 2014-cü il tarixli sərəncamı şərh edib. Nazir bildirib ki, bu sərəncama əsasən, Böyük Vətən müharibəsi iştirakçılarına, həmçinin Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) təyin olunan Prezident təqaüdünün aylıq məbləği 55 manatdan cari ilin may ayının 1-dən 81,8 faiz artırılaraq 100 manata çatdırılır. Sərəncam Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan 667 nəfər şəxsi və Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş 11 nəfər şəxsi, yəni ümumilikdə 678 nəfəri əhatə edir. Bu artımların təmin olunması üçün dövlət büdcəsindən əlavə olaraq ayda 30 510 manat, bu ilin 8 ayı ərzində isə 366 120 manat vəsait yönəldiləcək.

S.Müslümov Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi minik avtomilləri ilə təmin edilməsi üçün imzalanan sərəncam barədə də məlumat verib. Nazir xatırladıb ki, möhtərəm Prezidentimizin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, bu ilin əvvəlinədək növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin dövlət tərəfindən minik avtomobili ilə tam təmin olunması işləri aparılır və növbədə dayanmış 675 nəfərdən son üç həftədə 300 nəfərinə avtomobil verilib. Qalan 375 nəfər də bu ayın sonunadək maşınla təmin ediləcək. Artıq növbədə olan Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin də qısa müddətdə xüsusi avtonəqliyyatla tam təmin edilməsi üçün sərəncam imzalandı.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin "1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 30 aprel 2014-cü il tarixli sərəncamına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat ayrılacaq. Diqqətinizə çatdırım ki, dövlət tərəfindən xüsusi nəqliyyatla təmin olunmaq üçün cari ilin əvvəlinədək növbədə olan Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sayı cəmi 858 nəfərdir. Onlardan 293 nəfəri Böyük Vətən müharibəsi əlilləri, 141 nəfəri hərbi xidmət, 424 nəfəri isə Çernobıl əlilləridir". Nazir vurğulayıb ki, Sərəncamın icrası nəticəsində növbədə dayanan bütün Böyük Vətən müharibəsi əlilləri ilin sonuna kimi avtomobillərlə təmin ediləcəkdir.
S.Müslümov hər iki Sərəncamın ümumilikdə 1536 şəxsi əhatə etdiyini qeyd edərək, həmin sənədlərdən irəli gələn vəzifələrin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.

Sloveniyada 2020-ci ilin oktyabrından ilk dəfə son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb
Sloveniyada 2020-ci ilin oktyabrından ilk dəfə son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib
Kocaeli Ticarət Palatası idarə heyətinin sədri MÜSİAD Azərbaycanı ziyarət edib (FOTO)
Kocaeli Ticarət Palatası idarə heyətinin sədri MÜSİAD Azərbaycanı ziyarət edib (FOTO)
Loading Bars
Xəbər lenti
İranda prezident seçkiləri keçirilir
Almaniya Senegala peyvənd istehsalı üçün 20 milyon avro ayırmaq niyyətindədir
Bayden quldarlığın ləğvi gününü federal bayram və istirahət günü edib
Yunan-Roma güləşçilərimizin Avropa çempionatında rəqibləri müəyyənləşib
Sloveniyada 2020-ci ilin oktyabrından ilk dəfə son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb
ABŞ-da atışma olub, 9 nəfər yaralanıb
Rusiyanın şərqində zəlzələ qeydə alınıb
Moderna Kanadaya peyvənd tədarükünü 8,5 milyon doza qədər artıracaq
Siyəzəndə 70 hektardan çox ərazidə baş verən yanğın söndürülüb
Azərbaycan səfiri Meksikanın dövlət televiziyasında erməni vandalizmi barəsində danışıb (FOTO)
AVRO-2020: Niderland yığması Avstriyaya komandasına qalib gələrək 1/8 finala yüksəlib
Bərdədə kombayn yanıb
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib
Bakıda Gülüstan Sarayının yaxınlığında yanğın olub
Nicat Abasov şahmat üzrə "Masters" turnirində daha bir qələbə qazanıb
"Petkim" STAR neft emalı zavodundan daxil olan 2 milyon tondan çox xammaldan istifadə edir
Almaniyada odlu silahdan atəş açan şəxs saxlanılıb
Xaçmazda çay evi yanıb
Türkiyədə son sutkada koronavirusdan 4 143 nəfər sağalıb
AVRO-2020: Belçika 1/8 finala çıxdı
Şimal bölgəsində yanğının söndürülməsinə 270 canlı qüvvə və helikopter cəlb edildi (FOTO/VİDEO)
Masazırda şəhidlərin xatirəsinə bulaq istifadəyə verildi (FOTO)
Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir
Azərbaycan İƏT ailəsinin fəal üzvü kimi: Təşkilat ölkəmizə mənəvi və siyasi dəstəyini davam etdirir
Kocaeli Ticarət Palatası idarə heyətinin sədri MÜSİAD Azərbaycanı ziyarət edib (FOTO)
Azərbaycanda ixtira edilən 4 yeni kartof sortu fermerlərə təqdim olunacaq
"Cənub Qaz Dəhlizi"nin gücünün 20 faizi hidrogen nəqli üçün istifadə oluna bilər
USAİD Astara və Yardımlıda infrastrukturun yaxşılaşdırılmasında vətəndaş iştirakçılığına dəstək göstərir (FOTO)
6-lıq formatı bölgəyə sabitlik və inkişaf gətirə bilər - Politoloq
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
Azərbaycanın İƏT ilə əlaqələri yüksək dinamika üzərindən irəliləməkdədir - Deputat
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib (FOTO)
Həqiqətlərin təbliği və ölkəmizin tanıdılması Barselonadakı erməni icmasını və Ermənistan səfirini qıcıqlandırıb
Xaçmazda yanğının söndürülməsinə helikopter cəlb olundu - FHN (ƏLAVƏ OLUNUB)
NATO proqramları çərçivəsində Azərbaycan-Latviya hərbi əməkdaşlığı müzakirə edilib
Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işin tezliklə başlamasını dəstəkləyir - Zaxarova
Ağdamda itkin düşərək minaya düşən şəxsin meyiti ailəsinə təhvil verilib
Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə çimərkən boğulub
Azərbaycan HHQ-nin nümayəndələri “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək
Rusiya XİN mina xəritələrinin təhvil verilməsi probleminin həllini vacib hesab edir - Zaxarova
ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi “GCRF-COMPASS” layihəsi çərçivəsində onlayn konfrans keçirib (FOTO)
Bakı ilə Yerevan arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik - Zaxarova
Bakıda ağacları kəsən şəxs cəzalandırılıb
Azərbaycan 2021-ci ildə dayanıqlı inkişafa görə regionun lideridir
Azərbaycanlı jurnalist Fransa mediasında Şuşa bəyannaməsindən yazdı (FOTO)
Xəzər rayonunda şəhid ailəsi ziyarət edilib (FOTO)
Bakıda tanışını öldürüb küçəyə atan şəxsin işi məhkəməyə göndərildi
Keçmiş məhkum avtomatla yaxalandı (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölən yoxdur
Son 5 ayda 183 min şəxsə sosial təminat üzrə ödənişlər e-qaydada təyin edilib
Şuşa Bəyannaməsi regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir - Piter Teys
Peşə təhsili üzrə “Dərs vaxtı”nın iyunun 18-nə olan cədvəli
Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil - Ərdoğan
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Aİ "Azərbaycanın uzunmüddətli enerji inkişafı strategiyası"nı hazırlayır
AHİK İcraiyyə Komitəsi Şuşa Bəyannaməsi ilə bağlı bəyanat yayıb
“PAŞA Bank” əlilliyi olan şəxslərin peşəkar inkişafına dəstək verir (FOTO)
Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Bakıda daha bir küçə təmir edilir (FOTO)
"Buta Airways" Alanya istiqamətində uçuşların sayını artırır
Azərbaycanda birinci sinfə gedən şagirdlərin sayı 165 mini ötüb
Bu günə qədər 971 min tondan çox taxıl yığılıb (FOTO)
Bu tədris ilində təhsil müəssisələrinə işə qəbul olunan müəllimlərin sayı açıqlanıb
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
Cəlilabadda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələndi (FOTO)
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılacaq (FOTO)
FHN qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edir
Xəzər rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb (FOTO)
Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycan İlahiyyat İnstitutunun “Sənədlər toplusu” kitabı nəşr edilib
Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir
Bərdədə 123 evə qaz çəkilir
22 mindən çox şagird imtahan verib (FOTO)
Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsi təmir edilir (FOTO)
Daha 24 əlilin əyani müayinəsi aparılıb
İcbari tibbi sığortaya keçən müəssisələrə daxil olan müraciətlər açıqlandı
İran Azərbaycanla münasibətlərin gələcəyinə nikbin baxır - Prezident Aparatının rəhbəri
Türkiyənin minatəmizləmə maşınları Qarabağı minalardan təmizləyir (Trend TV)
Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib (FOTO)
Təhsil Tələbə Krediti Fondu yaradılıb - FƏRMAN
Daha 7 nəfərin əlillik təyinatı ləğv edilib (FOTO)
Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu keçirilib (FOTO)
2030-cu ilədək deqradasiyaya uğramış 170 min hektar ərazinin bərpası planlaşdırılır
Göyçayda çətənə yetişdirənlər saxlanılıb (FOTO)
SOCAR və Türkiyənin neft şirkəti yataqların işlənməsində əməkdaşlıq edə bilər
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir (FOTO)
Ərdoğan Putinlə görüşəcək
Ceyhun Bayramov Türkiyəyə yola düşüb
Yeddi min hektardan çox ərazi minalardan təmizlənib (FOTO)
Neftlə çirklənmə halları ilə mübarizədə əməkdaşlıq haqqında protokol üzrə səlahiyyətli orqan müəyyən edilib - Sərəncam
Danimarka şirkəti SOCAR-la karbonsuzlaşdırma barədə müzakirələrə hazırdır
Qarabağın mobil şəbəkə ilə təmini üçün əlavə baza stansiyaları quraşdırılacaq - Baş direktor (ÖZƏL)
Qırğızıstanın "Kabar" Milli İnformasiya Agentliyi türkdilli ölkələrin xəbərlərini yayımlayan www.turkic.world layihəsinə qoşuldu
Gömrük Akademiyası Daşkənd Gömrük İnstitutu üçün növbəti mühazirələr təşkil edib (FOTO)
Sabah hava küləkli olacaq
Böyük Britaniyanın Azərbaycandakı biznes qrupunun nümayəndələri DGK-də olublar (FOTO)
Bu tendensiya davam edərsə, yeni yumşalmalar ola bilər – AÇIQLAMA
Əhali enerji istehlakı barədə hesabat əldə edə biləcək - YENİLİK
Laçında DSX-nın 2 hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı
Bütün xəbərlər