...

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat turniri yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 6 May 2014 18:37 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturlarının əməkdaşları arasında keçirilən şahmat turniri yekunlaşıb.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat turniri yekunlaşıb (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturlarının əməkdaşları arasında keçirilən şahmat turniri yekunlaşıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, turnirin qalibinin mükafatlandırılması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ümummilli lider Heydər Əliyevin təkrarsız siyasi zəkası və zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın əldə etdiyi uğurları qeyd edib. Bu siyasi kursun son on ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir bu dövrdə ölkənin ümumi inkişaf dinamikasını, həmçinin əhalinin sosial müdafiəsinin gücləndiyini əks etdirən mühüm göstəriciləri diqqətə çatdırıb.

Nazir ƏƏSMN-də ilk dəfə keçirilən şahmat turnirinə də toxunub və vurğulayıb ki, hər bir belə idman tədbiri gənclərimizin idmana marağının artmasına, onlarda idman vərdişlərinin formalaşmasına müsbət təsir göstərir.

Şahmat turniri nazirliyin 16 nəfər əməkdaşı arasında keçirilib.

Turnirin qalibinə mükafat təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti