...

Fransa şirkətləri ilə nüvə tədqiqatları üzrə rentabelli layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq ediləcək

Cəmiyyət Materials 13 May 2014 10:02 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Fransanın Müdafiə Sənayesi Təşkilatının (GİCAT) və Fransanın Sahibkarlar Təşkilatının (MEDEF) prezidenti Kristian Monsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Fransa şirkətləri ilə nüvə tədqiqatları üzrə rentabelli layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq ediləcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir H.Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Fransanın Müdafiə Sənayesi Təşkilatının (GİCAT) və Fransanın Sahibkarlar Təşkilatının (MEDEF) prezidenti Kristian Monsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüşdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə İKT sektorunda aparılan islahatlar, həyata keçirilən milli və regional layihələr, o cümlədən, kosmik sənayenin inkişafı, nanotexnologiyaların və nüvə tədqiqatlarının genişləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə qonaqları məlumatlandırıb.

Nazir, həmçinin yüksək texnologiyaların tətbiqi ilə Fransa şirkətləri tərəfindən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasını xatırladaraq, ölkələrimiz arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib.

Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərə diqqət çəkən nazir bu istiqamətdə Fransa şirkətləri ilə əməkdaşlıq qurmağın faydalarından danışıb: "Biz Fransa şirkətlərini "Fiber-to-home" texnologiyasının tətbiqi ilə Azərbaycanda genişzolaqlı internetin inkişafı, data mərkəzlərinin yaradılması, ixracyönümlü məhsulların istehsalı, nüvə tədqiqatları üzrə rentabelli layihələri həyata keçirmək üçün birgə əməkdaşlığa dəvət edirik".

Fransa şirkətləri öz növbələrində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə kosmik sənayenin inkişafı, o cümlədən peykin optik müşahidəsi və nüvə araşdırmaları sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Nümayəndə heyətinin rəhbəri Kristian Mons Azərbaycanın İKT sektorunda Fransa şirkətlərinin iştirakından və ilk peykin kosmik fəzaya buraxılmasında fransız maliyyə təsisatlarının verdiyi töhfədən məmnunluğunu ifadə edib. O, gələcəkdə də əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd edib və həmçinin Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsində fransız şirkətlərinin fəal iştirak edəcəyinə əminliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti