...

FHN Muğan rayonlarının fermerlərinə "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda seminar keçirib

Cəmiyyət Materials 14 May 2014 11:30 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mayın 13-də Muğan Regional Mərkəzinin Salyan rayonundakı inzibati binasında “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirib.
FHN Muğan rayonlarının fermerlərinə "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda seminar keçirib

Azərbaycan, Bakı, 14 may /Trend/

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mayın 13-də Muğan Regional Mərkəzinin Salyan rayonundakı inzibati binasında "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda seminar-müşavirə keçirib.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, seminar-müşavirədə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr respublikanın Muğan bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş şəkildə müzakirə olunub.

Seminar-müşavirədə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin, meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıdan duran vəzifələrdən ətraflı danışıb. Qeyd olunub ki, mövsüm ərzində siqaret çəkilən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikaların hərəkət hissələrinin və detallarının dağılması, hərəkətli mexanizimlərə kənar əşyaların düşməsi, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, nəqliyyat vasitələri sistemlərinin, mexanizmlərinin və hissələrinin, qığılcımsöndürən qurğuların nasazlığı, təndirdən və ocaqdan düşən qığılcım, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması, elektrik avadanlıqlarının quraşdırılması qaydalarının pozulması səbəbindən yanğınlar baş verir.

Seminar-müşavirədə yanğına qarşı təbliğat işinə də geniş yer verilib, "Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri", "Meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri" mövzularında mühazirələr dinlənilib.

Tədbirdə dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar seminar-müşavirə iştirakçılarına paylanılıb, Xidmət tərəfindən təşkil olunmuş yanğın-texniki sərgi və videostend nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti