Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/
Bakının Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, dünən axşam saat 23:00-dan sonra Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsi asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Təmir işləri təxminən bir həftə davam edəcək.
Qeyd edək ki, Bakının Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində mayın 14-dən etibarən aparılan asfalt-beton örtüyünün vurulması işləri bu gün başa çatıb.