...

Azərbaycan təhsilində yenilik: müəllimlər işə qəbul olunarkən and içəcəklər

Cəmiyyət Materials 20 May 2014 11:10 (UTC +04:00)
Azərbaycanda işə yeni qəbul olunmuş müəllimlər üçün andiçmə mərasimi keçiriləcək.
Azərbaycan təhsilində yenilik: müəllimlər işə qəbul olunarkən and içəcəklər

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda işə yeni qəbul olunmuş müəllimlər üçün andiçmə mərasimi keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun imzaladığı "Müəllimlərin etik davranış qaydaları"nda nəzərdə tutulub.

Qaydalara görə, müəllim ilk dəfə daimi işə qəbul olunarkan "Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm" deyərək and içəcək.

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçiriləcək.

Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti