...

ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinə ayrılan vəsaitlərdən istifadəyə dair nəzarət tədbiri həyata keçiriləcək

Cəmiyyət Materials 21 May 2014 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend/

Hesablama Palatasının 2014-cü il may ayının 21-də keçirilən Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının saxlanılmasına, Bərdə Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin yerli xərclərindən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, həmçinin "Azərelektrikşəbəkətikinti" ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.

Trend Palatanın saytına istinadən xəbər verir ki, müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatın, qanunvericiliklə nəzərdə tutulmuş qaydada, Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada dövlət büdcəsindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə ayrılan vəsaitlərdən istifadəyə dair nəzarət tədbirinin proqramı da təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti