...

Bankdan aldığı krediti təyinatı üzrə istifadə etməyən şirkət direktoru barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 22 May 2014 15:42 (UTC +04:00)
“İ.R.” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində cinayət işi başlanıb
Bankdan aldığı krediti təyinatı üzrə istifadə etməyən şirkət direktoru barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

"İ.R." Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun qanunsuzluqlara yol verməsi barədə "Muğanbank" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı "İ.R." MMC-nin direktoru Mirdamət Əsgərovun qulluq mövqeyindən istifadə etməklə "Muğanbank" ASC tərəfindən verilmiş 250 min ABŞ dolları məbləğində krediti təyinatı üzrə istifadə etməyərək israf etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti