...

Azərbaycanın Xəzər sahili sularında kefal balıqlarının virusa yoluxması halları qeydə alınmayıb

Cəmiyyət Materials 5 İyun 2014 18:54
Dövlət Baytarlıq Xidməti aparılan nəzarət tədbirlərinin nəticəsinə istinad edərək bir daha xatırladır ki, Azərbaycan Respublikasının Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərində, eləcə də mənsəbi dənizlə birbaşa əlaqəli olan çaylarında kefal balıqlarının virus xəstəliyinə yoluxması halları qeydə alınmayıb və ərazinin epizootik cəhətdən stabil olması müəyyən edilib.
Azərbaycanın Xəzər sahili sularında kefal balıqlarının virusa yoluxması halları qeydə alınmayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycanın Xəzər sahili sularında kefal balıqlarının virusa yoluxması halları qeydə alınmayıb. Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən bildiriblər.

Xidmətdən deyiblər ki, İran İslam Respublikasının (IRNA agentliyi) Mazandaran əyalətinin Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvanlar üçün təhlükəli olması barədə məlumatlara istinad edən Kənd Təsərrüfatı Nazirliyi ölkəmizin Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərində nəzarət tədbirlərinin aparılması barədə Dövlət Baytarlıq Xidmətinə göstəriş verib. Dövlət Xidməti həmin göstərişi əldə rəhbər tutaraq 2014-cü il martın 5-dən ölkəmizin Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərində, eləcə də mənsəbi dənizlə birbaşa əlaqəli olan çaylarında nəzarət tədbirləri həyata keçirməyə başlayıb.

Həyata keçirilən bu nəzarət tədbirləri balıqların kürüvermə və dənizə qayıtma dövrlərini əhatə etməklə hər gün müvafiq qurumlarla, eləcə də balıqçılarla əlaqəli şəkildə aparılıb.

Qeyd edək ki, nəzarət tədbirləri aparılan müddətdə dəniz sahili rayonların hər birindən, xüsusilə ölkəmizin İran İslam Respublikası ilə həmsərhəd olan cənub bölgələrindən gətirilən kefal balıqları Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, götürülən nümunələrin heç birində virus xəstəliyi müəyyən edilməyib, eləcə də nəzarət tədbirləri aparılan müddətdə ölkəmizin dəniz sularında, dəniz sahili ərazilərində və çaylarında nə xəstəlikdən ölmüş, nə də xəstəliyə şübhəli olan balıqlara, o cümlədən kefal balıqlarına təsadüf olunmayıb. Odur ki, nəzarət tədbirləri iyunun 5-dən yekunlaşdırılıb.

Dövlət Baytarlıq Xidməti aparılan nəzarət tədbirlərinin nəticəsinə istinad edərək bir daha xatırladır ki, Azərbaycan Respublikasının Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərində, eləcə də mənsəbi dənizlə birbaşa əlaqəli olan çaylarında kefal balıqlarının virus xəstəliyinə yoluxması halları qeydə alınmayıb və ərazinin epizootik cəhətdən stabil olması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti