...

Mikayıl Cabbarov: Energetika sənayesində kadr hazırlığında keyfiyyət və struktur qıtlığı mövcuddur

Cəmiyyət Materials 6 İyun 2014 11:59 (UTC +04:00)
Çoxşaxəli və mürəkkəb sahə olan energetika sənayesində hazırda ixtisaslı kadr hazırlığında kəmiyyət deyil, keyfiyyət və struktur qıtlığı mövcuddur.
Mikayıl Cabbarov: Energetika sənayesində kadr hazırlığında keyfiyyət və struktur qıtlığı mövcuddur

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Çoxşaxəli və mürəkkəb sahə olan energetika sənayesində hazırda ixtisaslı kadr hazırlığında kəmiyyət deyil, keyfiyyət və struktur qıtlığı mövcuddur. Trend xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov "Bakıeletrikşəbəkə" ASC ilə birgə təşkil edilmiş "Eleketroenergetikada kadr problemləri - Gələcəyə baxış" adlı konfransda deyib.

Konfransda "Eleketroenergetikada kadr hazırlığının mövcud vəziyyəti" mövzusunda çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, yanacaq-energetika kompleksi ölkənin iqtisadiyyatında aparıcı rol oynayır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə göstərilən diqqət və görülən işlər sayəsində Azərbaycanın enerji sahəsində müstəqilliyi tam təmin olunub.

Təhsil naziri bildirib ki, energetika sahəsində davamlı inkişaf ölkənin qarşısında bacarıqlı kadrların hazırlanması tələbini qoyur. Hazırda ölkədə təhsilin müxtəlif səviyyələrində energetika sektoru üçün mütəxəssislər hazırlanır.

M.Cabbarov energetika sahəsi üzrə tələbə qəbulunun sayının artırıldığını da açıqlayıb: "2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı 2014-2015-ci il tədris ilində təhsil pillələrində energetika sahəsinin tələbatı nəzərə alınaraq ali təhsldə qəbul əvvəlki illərə nisbətən artırılıb. 6 ayrı təhsil müəssisələrində bakavriat və magistratura səviyyəsində 3 ixtisas üzrə - elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi və istilik energetikası mühəndisliyi ixtisasları üzrə kadrlar hazırlanır: "Energetika sahəsində kadr hazırlığına tələbatın ildən-ilə artmasını nəzərə alaraq bu ixtisaslar üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu artırılıb. Belə ki, cari tədris ilində bu ixtisaslara qəbul planı əvvəlki 2 ilə nisbətən 534-dən 625-ə artırılıb ki, bu da təxminən 20 % artım deməkdir.

Nazir həmçinin qeyd edib ki, bununla yanaşı ölkənin 6 orta ixtisas təhsil müəssisəsində ildə 4 ixtisas üzrə 280 mütəxəssisin hazırlığı həyata keçirilir. Respublikanın 57 ilk peşə ixtisas təhsili müəssisələrində isə energetika sektoru üçün 4 ixtisas üzrə ildə 1493 tələbə kadr hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti