...

Bakı yol polisinin yol-patrul xidməti alayının komandiri təqaüdə göndərilib

Cəmiyyət Materials 11 İyun 2014 13:06 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, N.Əzimov son yaş həddinə görə təqaüdə göndərilib.
Bakı yol polisinin yol-patrul xidməti alayının komandiri təqaüdə göndərilib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İzzət/

Daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, N.Piriyev son yaş həddinə görə təqaüdə göndərilib.

Məlumatda qeyd olunur ki, bəzi KİV-lərdə onun korrupsiya qalmaqalına görə işdən çıxarılması barədə yayılan informasiyaların heç bir əsası yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti