...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Andorrada toplantı keçirəcək

Cəmiyyət Materials 11 İyun 2014 15:09 (UTC +04:00)
Bu ilin sentyabrında Andorra Knyazlığında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin III Ali səviyyəli görüşü və Mərkəzin İdarə Heyətinin VII Beynəlxalq toplantısı keçiriləcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Andorrada toplantı keçirəcək

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin sentyabrında Andorra Knyazlığında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin III Ali səviyyəli görüşü və Mərkəzin İdarə Heyətinin VII Beynəlxalq toplantısı keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə razılıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradovun Andorranın sabiq Baş naziri Oskar Ribas Reyqlə görüşündə əldə olunub.

Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Tarja Halonen, Emil Konstantinesku, Petar Stoyanov, Stepan Mesiç, Boris Tadiç və başqalarının iştirakı nəzərdə tutulub.

Görüşlər zamanı əsas müzakirə mövzusu konfliktlər, regiondakı münaqişəli məsələlər, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyət istiqamətləri olacaq.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ilk Ali səviyyəli toplantısı 2013-cü ilin sentyabrında Bakıda, ikinci görüş isə bu ilin fevralında Afinada baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti