...

Novruz Məmmədov Azərbaycan KİV-lərinə müraciət etdi

Cəmiyyət Materials 11 İyun 2014 15:36 (UTC +04:00)
"Bu cümləni maraqlı bilib mətbuata buraxmaq və insanların onu oxumasına şərait yaratmazdan öncə düşünmək lazımdır ki, bu addımı atmaq olar, ya yox".
Novruz Məmmədov Azərbaycan KİV-lərinə müraciət etdi

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İzzət/

"Bu cümləni maraqlı bilib mətbuata buraxmaq və insanların onu oxumasına şərait yaratmazdan öncə düşünmək lazımdır ki, bu addımı atmaq olar, ya yox".

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov "Səs" qəzetində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən "dəyirmi masa"da bildirib.

N.Məmmədov Azərbaycan mətbuatına bəzi tövsiyələr verərək onları dövlət maraqları naminə diqqətli olmağa çağırıb: "Biz nəyi yazırıq? Bunun hansı nəticəsi ola bilər? Bunu ayırd etmədən mətbuata buraxmağımız ola bilsin ki, kiminsə məkrli niyyətinə köməkçi olsun. Hansısa bir ölkədə də ola bilər, Azərbaycanda da ola bilər, kimsə öz "Facebook"unda, "Twitter"ində bir cümlə yazdı. Bu cümləni maraqlı bilib mətbuata buraxmaq və insanların onu oxumasına şərait yaratmazdan öncə düşünmək lazımdır ki, bu addımı atmaq olar, ya olmaz. Belə halları hər gün görürəm. Düşünürəm ki, necə ola bilər ki, mətbuatın nümayəndəsi bu fikri bura salıb?! Düşünmürmü ki, bu, Azərbaycanın xarici siyasəti üçün, Azərbaycanın özü üçün bu ölkədə və yaxud başqa ölkədə hansı mövqeni formalaşdıra bilər? Bu yaxşıdır, yoxsa pisdir? Bax, buna diqqət etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti